• Font size:
  • Decrease
  • Reset
  • Increase

Biz kimik?

AzMarketing.az

“Azmarketinq” Məhdud Məsuliyyətli Cəmiyyəti 2008-ci il yanvar ayında bir qrup gənclər tərəfindən təsis edilmişdir. Cəmiyyət, hüquqi və fiziki şəxsli müəssisələrə marketinq xidmətləri göstərən şirkətdir. Azərbaycan bazarında fəaliyyətə başlayan müəssisələrə bazar haqqında bütün məlumatları düzgün və dəqiq şəkildə çatdırmağı təklif edir. Eyni zamanda bazarda baş verən dəyişikliklərə qarşı necə hazır olmaq haqqında konsaltinq xidmətlərini təklif edən şirkət, müəssisələrə qiymətləndirmə, stimullaşdırma və optimum paylama (bölgü) kanallarının seşimində də köməklik göstərməyi qarısına məqsəd qoymuşdur.

Azmarketinq şirkəti 2008-ci ildən fəaliyyətə başlamasına baxmayaraq qısa müddət ərzində bir neçə uğurlu layihə həyata keçirmişdir.

 

Gənc olmağımıza baxmayaraq hələ şirkətimiz ilk fəaliyyətindən əvvəl potensial kadrların tapılması və işə təşviqi yönümündə uğur qazanmışdır. İlk olaraq gənc və marketinq sahəsi üzrə təhsil alan perespektivli tələbələrin dəstəyi ilə (Dəvəçi broyler) ASC-nin toyuq məhsulları ilə bağlı marketinq tədqiqatı uğurla  həyata keçirilmiş və gördüyümüz uğurlu işin davamı olaraq növbəti layihələri də bizə həvalə edilmişdir. İlk uğurumuzun böyük şirkətlə olması heç də təsadüfi hal deyil. Hal-hazırda bu sahədə qeyri ixtisas üzrə işləyən işçilərdən fərqli olaraq Universitetdə marketinq və menecment sahələrində nəzəriyyə ilə paralel praktiki təcrübə keçən tələbələr bazar şəraitini daha düzgün dəyərləndirməkdə və işlərini sevdikləri üçün ədalət, qarşılıqlı hörmət və etibar əsasında icra etməkdədirlər.   
 

Məqsədimiz

       Bazar iqtisadiyyatı dövründə Azərbaycan bazarında fəaliyyət göstərən və ya bazara yeni girən yerli və xarici müəssisələrə yüksək keyfiyyətli marketinq xidmətləri göstərməkdir. Müştərilərə bazar ilə əlaqəli düzgün məlumatların toplanması və analizi, düzgün bazar seqmenti, hədəf kütlə, əmtəə və qiymət strategiyası, konsaltinq xidməti və sairə kimi marketinq xidmətlərini müəssisələrdə məmnunluq yaradacaq şəkildə təşkil və təqdim edərək qısa yoldan uğura çatmaqdır.

   Müştəriləri yüksək keyfiyyətli marketinq xidmətləri ilə təmin etmək və bununla da müştərilərin məmnuniyyətini əldə etməkdir. İstehlakçı və ya biznes alıcısı fərqi qoymadan, müəssisə və ya təşkilatlara müştəri gözü ilə baxaraq bu müştərilərə dəyər verib müştərilərdən dəyər qazanmaq, onların hər ehtiyacını öz ehtiyacı qəbul edib, bu təşkilatlarla əməkdaşlıq etmək və Azərbaycan bazarının daha güclü inkişafı üçün effektiv və səmərəli strategiyalar quraraq tədbiq etmək müəssisənin əsas məqsədidir. “Azmarketinq” müəssisəsi “ Düzgün məhsul, düzgün məkan, düzgün vaxt və düzgün qiymətdə” prinsipinə sadiq qalaraq fəaliyyət göstərir.Bizimlə əlaqə üçün:

 

Telefon:  (055) 644 92 47

E-posta:  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 
Baxış rejimini seçin :