• Font size:
  • Decrease
  • Reset
  • Increase

Porterin Beş Gücü

AzMarketing.az
Porterin beş güc aləti bir biznes mühitində gücün haradan qaynaqlandığını və haraya doğru yönəldiyini(istiqamətləndiyini) müəyyən etmək üçün asan və bir o qədərdə güclü bir alətdir. 
Bu çox faydalı bir alətdir, çünki bu həm rəqabətdəki cari mövqeyinin gücünü, həm də daxil olmaq istədiyin yeni mövqeyin gücünü müəyyən etməyə kömək edir.
Gücün haraya yönləndiyini müəyyən etməklə, güclü situasiya üstünlüyünü əldə edə bilər, zəif tərəfləri inkişaf etdirə bilər və səhv addımlardan siğortalanmaq olar. Sadalanan xüsusiyyətlər bu analizi planlama alət dəstinin ən vacib hssələrindən biri edir.
Şərti olaraq, bu alət, yeni məhsulların, xidmətlərin və ya müəssisələrin gəlirlilik potensialına malik olub-olmadığını müəyyən etmək üçün istifadə olunur.
 
Alətin başa düşülməsi:
Beş Güc Analizi bir biznes mühitində rəqabət gücünü müəyyən etmək üçün vacib olan 5 əhəmiyyətli  gücü özündə saxlayır. Bunlardır:
1. Təchizatçının Gücü: Burada təchizatçıların qiymətləri necə asanlıqla artıra bildiklərini dəyərləndirə bilərsiniz.  Daxil olan hər bir xammal, mal vəya xidmətin unikallığı, sizin üzərinizdəki gücü və nəzarəti, birindən digərinə keçid xərcləri və sairə bir qrup təchizatçı tərəfindən idarə olunur. Az təchizatçı seçiminin və çox təchizatçı köməyinə ehtiyyacın olması, gücün təchizatçıda olması deməkdir.
2. Alıcı Gücü: Burada siz özünüzə sual verə bilərsiniz ki, alıcılar üçün qiymətlərin aşağı salınması nə qədər asandır. Yenidən, sizin biznesiniz üçün hər bir fərdi alıcının əhəmiyyəti,sizin mal vəya xidmətinizdən digərlərinə qədər olan keçid xərcləri və sairə bir qrup alıcı tərəfindən idarə olunur. əgər siz az sayda güclü alıcı ilə işləyirsinizsə, bu zaman bu alıcılar sizin bütün şərtlərinizə diktə edə biləcəklər. Çünki sizin alıcılarınızın sayı azdır və onların bütün şərtləri ilə razılaşmaq məcburiyyətində qalacaqsınız.
3. Rəqabət: Burada sizin rəqiblərinizin sayı və onların bacarıqları vacibdir. Əgər sizin rəqibinizin sayı çoxdursa və onlar eyni standartda cəzbedici mal vəya xidmət təklif edirlərsə, bu vəziyyətdə sizin az gücünüz olacaq, çünki müştərilər və təchizatçılar əgər sizinlə iş şərtlərində razılaşa bilməsələr və sizin iş prinsipiniz onları qane etməsə, bu zaman onlar başqalarına müraciər edəcəkdir. Digər tərəfdən əgər sizin etdiyinizi edə bilən başqa kimsə yoxdursa, bu o dməkdir ki, siz nəhəng bir gücə sahibsiniz.
4. Əvəzedici Mal Təhlükəsi: Bu sizin müştərilərin nə isə etmək üçün axtardıqları fərqli metod qabiliyyətindən asılıdır. Məsələn: əgər siz vacib prosesləri avtomatlaşdıran unikal proqram təminatı məhsulunu təklif edirsinizsə, insanlar bu prosesi əl ilə vəya başqa bir mexanika ilə əvəz edə bilərlər. Əgər əvəzləyici malın istifadəsi asandırsa və dayanıqlıdırsa, bu zəif cəhət sizin gücünüzdür.
5. Yeni Rəqiblərin Girişi: Güc həmdə sizin bazara yeni girən insanların bacarığındanda təsirlənir.Əgər bazaar girməyin xərci azdırsa və rəqabət effektivdirsə, bazaar girişdə əngəl yoxdursa və sizin əsas texnologiyanızın müdafiəsi aşağı səviyyədədirsə, bu zaman yeni rəqiblər cəld bazaar addım atacaq və sizin mövqeyinizə xələl yetirəcək. Əgər sizin bazara giriş üçün güclü, sağlam və davamlı əngəlləriniz varsa, bu əlverişli mövqeyinizi qoruya və ədalətli rəqabət üstünlüyü əldə edə bilərsiniz.
Bu sadalanan 5 gücü səliqəli şəkildə aşağıdakı kimi göstərmək olar:
Baxış rejimini seçin :