• Font size:
  • Decrease
  • Reset
  • Increase

Biznes etikası

AzMarketing.az
Bazar iqtisadiyyatı şəraitində müəssisələr insanların bu vəya digər ehtiyaclarını qarşılamaq, mənfəət əldə etmək, fəaliyyətini davam etdirmək üçün məhsullar istehsal edir, satır və ya xidmətlər göstərirlər, yəni biznes fəaliyyəti ilə məşğul olurlar.  
Lakin bu fəaliyyətləri həyata keçirərkən bilərəkdən vəya bilməyərəkdən iş dünyasındakı münasibətlər, işçilərin haqqları, işçilərin müəssisəyə(təşkilata) qarşı məsuliyyətini yerinə yetirməsi və s. kimi məsələlərə riayət edilməməsi müşayət edilməkdədir. Bu zaman etik dəyərlərin pozulması ilə tez-tez qarşılaşılmaqdadır. 
Etika anlayışı iqtisadiyyat, hüquq, siyasət, fəlsəfə və bir çox sahələrdə qarşımıza çıxan bir anlayışdır. Belə ki, etika davranışlarımıza istiqamət verən, atacağımız addımlarda və qəbul edəcəyimiz qərarlarda təsirini göstərən bir anlayışıdır. Etikanın ticarət (biznes) fəaliyyəti ilə əlaqəli mövzuları isə “Biznes etikası” sahəsini ehtiva edir.
Haqsız rəqabətin geniş vüsət alması, rüşvətin qarşısını almaqdakı çətinliklər, işə vəya iş yerinə qarşı məsuliyyətsizcə davranışlar nəticəsində meydana gələn zərərlər, istehlakçılara və ətraf mühitə qarşı biganə davranma, zərərli məhsullar istehsal etmə, işçilərin haqlarını görməməzlikdən gəlmə, onlar arasında heç bir səbəb olmadan ayrı seçicilik etmə kimi məsələlər biznes fəaliyyəti prosesində ortaya çıxan etik problemlərdən sadəcə bir qismidir. Əlbətdə bu kimi məsələlərin mövcud olması biznes etikasının vacibliyini daha da artırmaqdadır.
Günümüzdə iş dünyasında hər gün biznes etikası(iş əxlaqı) ilə əlaqəli bir çox məlumatlar eşitməkdəyik. Belə ki, son dövrlərdə Dünyada xəbərlər arasında ən çox eşidilən mövzular iş prosesində zəhərlənmələrin, ölüm hallarının, bir çox ağır xəstəliklərə dükar olmaların artması, ətraf mühitin çirkləndirilməsi, fauna və floranının get gedə məhv olması, insanların(işçilərin) istismar olması, müəssisələr tərəfindən ətrafa zərərli maddələrin atılması, aclıq ölüm halları, rüşvət skandalları, vəzifədən sui istifadə etmə, işçilər üçün sağlam iş mühitinin yaradılmaması, haqsız qazanc yolunda olma, az yaşlı uşaqları ağır işlərdə işlərə cəlb etmək və s. göstərmək olar. Belə ki, istər Azərbaycan Respublikasında, istərsədə dünyanın bir çox ölkələrində bu məsələlər daha da aktuallaşmışdır. Göstərilən bu hadisələrin hər biri insanlığın gələcəyi adına çox vacib bir məsələlərdir. Bu kimi tədbirlərin qarşısının alınmasında qanunların mövcud olmasına baxmayaraq biznes etikasına da ehtiyac hiss edilməkdədir. Belə ki, fərd etik dəyərləri hiss etdikdə istər özünə, istərsədə cəmiyyətə qarşı məsuliyyət hiss etməkdədir və atdığı davranışlara fikri verməkdədir. 
Biznes etikası – hər hansı bir fərdin vəya qrupun biznes fəaliyyəti prosesində nümayiş etdirdiyi uyğun davranış formasıdır.
Ümumi mənada biznes etikası hamı tərəfindən qəbul olunmuş dəyərlərə əsaslanan biznes qayda və qanunlarının məcmusudur.
Dəyər anlayışı elə məsələləri nəzərdə tutur ki, hansı ki, ictimaiyyət vəya fərd onlara üstünlük verir. İctimai dəyərlər vicdan, doğruluq, hörmət, ədalət və s. kimi keyfiyyətləri özündə əks etidirir.
Kommersiya fəaliyyəti yöndən bu əmtəənin keyfiyyətinə, istehlakçının məmnuniyyətinə, işçilərin təhlükəsiz və sağlam işləmələrinə gətirib çıxarır.
İşgüzar etika təkcə firmanın öz maraqlarına hörmətlə yanaşmasına əsaslanmır, həmçinin əməkdaşların, müştərilərin və ümumilikdə ictimaiyyətin maraqlarına xitab edir.  Bundan başqa rəqiblərədə rəqabət çərçivəsindən kənar hərəkətləri həyata keçirməsinə icazə vermir. 
Baxış rejimini seçin :