• Font size:
  • Decrease
  • Reset
  • Increase

BİZNES DÜNYASI İLƏ GÖRÜŞ

AzMarketing.az

AZMARKETİNQ Məhdud Məsuliyyətli Cəmiyyətinin “Caspian Business Plaza”-da təşkil etdiyi “Biznes Dünyası ilə Görüş” iştirakçılar üçün məhsuldar olmuşdur. 

 

Müxtəlif Universitetlərdən olan 20-ə yaxın tələbənin iştirakı ilə keçirilmiş tədbirdə Azərbaycanın tanınmış şirkətlərinin əməkdaşları iştirak etmişdir. Şirkət nümayəndələri tədbirdə iştirak edən tələbələrə nəzəri biliklərini gələcək karyeralarında praktiki yöndən necə istifadə edə biləcəkləri haqqında ətraflı məlumat verdilər. Real həyatda şirkətlərin qarşılaşdıqları real problemlər və onların həlli yolları haqqında müzakirə aparıldı. Makro və mikro mühitin və eyni zamanda elmi texniki tərəqqinin müəssisələr üzərində təsirləri, onların üstün və çatışmayan cəhətləri, bu təsirlərdən effektiv və səmərəli istifadə yolları, məhsuldar şəkildə mənfi təsirlərdən qorunma yolları və qloballaşmanın müasir cəmiyyətə təsiri haqqında ətraflı məlumat tələbələrə çatdırıldı.

 Aşağıda göstərilmiş şirkət və nümayəndələri “Biznes Dünyası ilə Görüş”- də iştirak etmişdir.

 

Samir NOVRUZLU – “Azərbaycan Keyfiyyət Assosiyasiyası”- nın Prezidenti və “Keyfiyyət və Menecment” jurnalının Baş Redaktoru.

-                       ISO və seriyaları haqqında geniş mləmuta verərək müasir dövrdə İdarəetmə sisteminin vacibliyini vurğulamış və Azərbaycan şirkətlərində olan mövcud durumu tələbələrə təhlil etmişdir.

Rüstəm MƏMMƏDOV – “Hyundai Auto Azerbaijan” şirkətinin Marketinq Direktoru.

 

-                       Marketinqin inkişafı və Azərbaycanda şirkətlər tərəfindən tədbiqi müzakirə mövzusu olmuşdur.  Avtomobil sektorunda marketinq fəaliyyətləri və onların satış üzərindəki təsiri haqqında məlumat verərək, Azərbaycanda marketinqin perspektivliyi haqqında tələbələri məlumatlandırmışdır.

 

Haciəmi ATAKİŞİYEV -  “Reklamçılar İttifaqı”- nın Prezidenti.

-                       Qərbi Avropa və ABŞ kimi inkişaf etmiş ölkələrdə reklamın tədbiq şəkilləri ilə yanaşı, İnkişaf Etməkdə Olan Ölkələrdə reklamın mövcud tədbiqi müzakirə mövzusu olmuşdur.

 

Aygün MƏMMƏDOVA – “DNS COMPUTERS” şirkətinin Marketinq Kommunikasiyaları şöbəsinin rəhbəri.

 

-                       DNS şirkətinin Azərbaycanda fəaliyyəti və qiymət stratedgiyası haqqında məlumat verərək, İctimaiyyətlə Əlaqələrin vacibliyini vurğulamışdır. Şirkətin Azərbaycan komputer bazarındakı payı və inkişaf perspektivləri haqqında məlumat vermışdir.

 

 

 

Anar EMİNOV – “DOLÇASARAY” şirkətinin İcarçı Direktoru.

-                       Azərbaycan bazarında fəaliyyət göstərən marketlər və onların müştərilərlə münasibətləri haqqında çıxış edərək müştəri məmnunluğu və onun idarəedilməsinə dair məlumat vermiş və ticarət nişanlarının (Marka vəya Əmtəə nişanı) saxtalaşdırılması barədə məlumat vermişdir.

Baxış rejimini seçin :