• Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakı şəhərində avtomobil bazarının tədqiqi

AzMarketing.az

Son zamalarda Bakı şəhərində avtomobillərə artan marağı göz önündə tutaraq Azmarketinq şirəti olaraq avtomobil bazarının araşdırılması ilə bağlı sorğu keçirdik. 

Keçirdiyimiz sorğuda maraqlı nəticələr alındı və bu nəticələri sizlərə təqdim edirik.

Sorğuya əsasən bəlli oldu ki, sorğuda iştirak edən respondentlərin 82.7% yeni, 17.3% istifadə olunmuş avtomobillərə üstünlük verir.

Bu respondentlərin 72.7 % avtomobili nəğd, 16.7% kredit, 10.7% hədiyyə yolu ilə əldə etmişdir.

86.7% Benzin yanacğına, 13.3% Dizel yanacağına üstünlük verir.

Dünya Avtomobiil bazarında həmişə üstünlüyü ilə seçilmiş olan Avropa avtomobilləri bu dəfə də üstünlük təşkil etmişdir. Belə ki repondetlərin 84.7% Avropa, 20.0% Asiya, 9.3% Rusiya istehsalı avtomobillərə üstünlük verirlər.

Avropa avtomobil markalarından ən çox arzulananlar sırasında Mersedes 69.3%, BMW 68.0 % Range rover 29.3%, Porshe 28.7% Volvo 26.7%, Audi 24.7% təşkil etmişdir.

Asiya avtomobil markalarından ən çox arzulananlar Nissan 64.0%, Lexsus 46.0% , Hyundai 44.7%, Toyota 42.0%, Mitsubishi 26.0% Subaru 13.3% təşkil etmişdir.

Rusiya avtomobil markalarından ən çox arzulananlar Vaz 2107 64.0%, Vaz 2106 26.7%, Vaz 21099 24.7% Vaz 2112 15.3% təşkil etmişdir. 

 

Baxış rejimini seçin :