• Font size:
  • Decrease
  • Reset
  • Increase

Texniki universitetdə tələbələrlə görüş

AzMarketing.az

Azmarketinq Məhdud Məsuliyyətli Cəmiyyət  Korporativ Sosial Məsuliyyət çərçivəsində etdiyi tədbirlərdən biri də 26 Oktyabr 2010-cu il tarixində Azərbaycan Texniki Universitetində keçirdiyi tədbir olmuşdur.

 

 Şirkət nümayəndələri ilkin olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin bir sıra tələbələri ilə görüşdükdən sonra  Azərbaycan Texniki Universitetinə müraciət etmişlər. Fəaliyyətin məqsədi tələbələrə idarəetməyə dair nəzəri biliklərlə yanaşı praktiki şirkət misallarına dair təcrübi biliklərin verilməsi yolu ilə gələcəkdə iş həyatında uğurlu idarəetmənin şirkətlərdə necə təmin edilməli olduğunu, müəssisənin effektiv və məhsuldar idarəedilməsi üçün lazimi fəaliyyətlərin nə olduğunu iştirakçıların nəzərinə çatdırmaqdan ibarət olmuşdur. Nümayəndələrimiz ATU-da ilk tədbiri baxımından Mühəndis Biznesi və Menecmenti fakultəsinin 50-dən çox tələbəsi ilə görüşmüşlər.                    

Tədbirin başlanğıcında Azmarketinq MMC-nin İcraçı Direktoru Orxan İsayev Azmarketinq MMC-nin təsis edilməsi məqsədi, şirkətin fəaliyyət prinsipi, xidmətləri və nəşrləri barədə məlumat verdikdən sonra  müasir və beynəlxalq idarəetmədə şirkətin bir baxımdan imicini və mənəvi və sosial öhtəliyi olan Korporativ Sosial Məsuliyyət haqqında biliklər vermişlər. Bundan sonra şirkətin İcraçı Direktoru tələbələrə müəssisə səviyyəsində idarəetmənin bölmələr, şöbələr səviyyəsində  təmin edilməsi, uğurlu idarəetmədə səmərəlilik və effektivliyin başlıca yeri və məhsuldar menecer olaraq menecerdə tələb olunan bilik və bacarıqlar barədə və bununla yanaşı onların müəssisənin müxtəlif idarəetmə səviyyələrində üzərlərinə aldıqları idarəçi rolları barədə məlumat verdi. Bununla yanaşı Azmarketinq MMC-nin Marketinq Direktoru Seymur Quliyev  müəssisə səviyyəsində İdarəetmənin təmin edilməsi hansı bölmələr səviyyəsində hansı fəaliyyətlərə ehtiyac olduğu və marketinq bölməsinin müəssisədəki yeri barədə praktiki biliklər verdi. Şirkət ən aktiv tələbəyə fəaliyyətinə sadiq qalaraq May ayında şirkət tərəfindən dərc edilən “İdarəetmənin əsasları” kitabı ilə təltif edildi. 2 saata yaxın davam edən məhsuldar tədbirin sonunda  Mühəndis Biznesi və Menecmenti fakultəsinin dekanı İlham müəllim şirkət nümayəndələrinə təşəkkürlər bildirmiş və yeni bu cür tədbirlərin keçirilməsinə yenidən dəstək verdiyini bildirmişdir. Şirkət nümayəndələri də öz növbələrində bu  cür tədbirin keçirilməsinə  dəstək verdikləri üçün universitet rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər. Tədbirin sonunda 10-a yaxın tələbə şirkət nümayəndələrini əhatəyə alaraq bir sıra istəyini bildirmiş və bu cür müxtəlif tədbirlərin və mühazirələrin keçirilməsi üçün yeni təşəbbüsləri nümayəndələrimizdən gözləyəcəklərini bildirmişlər.

 

 
Baxış rejimini seçin :