• Font size:
  • Decrease
  • Reset
  • Increase

İqtisad universitetində tələbələrlə görüş

AzMarketing.az

Azmarketinq MMC, Azərbaycan Gənclər İdman Nazirliyi ilə Gənclər üçün Karyera Mərkəzində 17 fevral tarixində “Müəssisədə İdarəetmənin Yeri və Menecerlərdə Lazımi Keyfiyyətlər” mövzusunda müxtəlif universitetlərdən olan 30 a yaxın tələbəyə təlim keçmişdir.

 

 İnteraktiv şəkildə keçirilən təlimdə nəzəriyyə ilə yanaşı beynəlxalq və yerli müəssisələrin idarəedilməsi formaları, idarəetmə prinsipləri və menecerləri haqqında praktiki məlumatlar verilmiş, yerli müəssisələr ilə xarici müəssisələrin fərqli və üst-üstə düşən cəhətləri izzah olunmuşdur. Müəssisədə səmərəli və effektiv idarəetmə dair xarici şirkətlərə dair nümunələr və video çarx izzahlı şəkildə təlim iştirakçılarına təqdim edilmişdi.

Əlavə olaraq KİV-dən İctimai Televiziya təlimə dəvət edilmişdi və təlim İctimayi Televiziya ilə yayımlandı və ictimaiyyətə çatdırıldı.

        Gənclər İdman Nazirliyi, ASR konsaltinq və araşdırma qrupu və  “Azmarketinq” MMC-nin təşkilatçılığı ilə keçirilən  təlimlərdə iştirak edən tələbələrə Gənclər üçün Karyera Mərkəzində təşkilatçıların adından sertifikat təqdim edildi. Gənclər üçün Karyera Mərkəzinin rəhbəri Fuad Əliyev bu cür tədbirlərin yenidən keçirələcəyini qeyd edərək sözü Gənclər İdman Nazirliyinin aparıcı mütəxəssisi Rüstəm Abdullayevə verdi. Sözə başlayan Rüstəm müəllim gənclərin həyatında bu tip tədbirlərin keçirilməsinin əhəmiyyətinə toxunaraq təlimçilərə bu cür təlimlərin keçirilməsini çox təqdirəlayiq salaraq ilə əməkdaşlığın əhəmiyyətindən danışdı. Nitqinin sonunda ASR qrup və “Azmarketinq” MMC ilə bu cür tədbirlərin keçirilməsinə dəstək göstərəcəklərini bildirdi.

       Bundan sonra “Azmarketinq” MMC-nin icraçı direktoru Orxan İsayev keçirilən təlimlərin keyfiyyətindən danışaraq, universitet tələbələri ilə şirkət nümayəndələri ilə münasibətlərin daha sıx olacağını bildirməklə, şirkət mütəxəsislərin təlimlər vasitəsilə praktiki şirkət nümunələri yolu ilə potensial kadr ola biləcək tələbələrin yeni inkişaf strategiyalarından danışaraq istər Gənclər İdman Nazirliyi istərsə də İqtisad Universitetində olan Gənclər üçün Karyera mərkəzi ilə yeni-yeni təlimlərin keçirilməsinə istər “Azmarketinq” MMC istərsə də ASR qrup olaraq  hazır olduqlarını bildirdi. Bundan sonra Orxan müəllim tələbələrə yeni müvəffəqiyyətlər dilədi. Nitqlər bitdikdən sonra iştirakçılara sertifikat təqdim edildi. İlk sertifikat Koreya vətəndaşı Kang Hyun Jeong olmaqla bütün iştirakçılara verildi. Mərasimin sonunda şirkət nümayəndələri iştirakçı tələbələrlə şəkil çəkdirildi.

 
 
Baxış rejimini seçin :