İctimaiyyətlə əlaqələrin üstünlükləri

AzMarketing.az

Bir şirkətdə  ictimaiyyətlə əlaqələr düzgün qurularsa

a. Müəssisə istehsal etdiyi mal və xidmətləri bazara rahat çıxara bilir və məhsulları digər müştərilərə nisbətən yüksək qiymətə satdıqda da bazar payını böyüdə bilir;

  b. Müəssisə kriz halında olduğu halda da kredit təşkilatlarından maliyyə dəstəyi ala bilərlər;

  c. İxtisaslı kadr cəlb etə bilərlər, müəssisəyə müraciət edən şəxslərin sayı artar;

  d. Xarici şirkətlərlə, xarici dövlətlərlə əlaqələrin qurulması asanlaşar və xaricə məhsul çıxarıb satmasına imkan olar.

Bundan əlavə ictimaiyyətlə əlaqələr istənilən dəyişikliyə hazır olmağa, təhlükə və risklərə  əvvəlcədən hazır olmağa imkan verir.

İctimaiyyətlə əlaqələri zəif qurmuş şirkətlərdə qarşıya çıxan problemlər aşağıdakılardır: 

- İşnən əlaqədar yaxşı, ixtisaslı personal müraciət etmir;
- Hissə sənədləri satılmır;
- Bələdiyyə və dövlət orqanları ilə problemləri olur.
- Kredit təşkilatlarından işlərin genişləndirilməsi üçün yeni kredit ala bilmir;
- Heç bir vacib konfranslara və toplantılara dəvət olunmur və s.