KSM nədir?

AzMarketing.az

Korparativ sosial məsuliyyət (KSM) şirkətlərin biznes əməliyyatlarında və tərəfdaşları ilə münasibətlərdə sosial və ətraf mühit məsələləri üzrə öhdəliyini əks etdirən menecment konsepsiyasıdır.

 KSM şirkətin öz fəaliyyətində sosial, ictimai və ətraf mühit məsuliyyətini necə dərk etdiyini və bu istiqamətdə müvafiq tədbirlərin icrası səviyyəsini xarakterizə edir. Yəni, şirkətlərin kommersiya maraqları ilə yanaşı cəmiyyətdə malik olduqları sosial rol ön plana keçirilir. 

    KSM  şirkətin aşağıdakı sahələr üzrə  fəaliyyətlərini əhatə edir:

1.      Təşkilati idarəetmə- qərar verilməsi prosesi və strukturu;

2.      İnsan hüquqları – təşkilatların və insanların hüquqları, iqtisadi, sosial, ictimai, siyasi və mədəni hüquqlar, münaqişələr və onların həll mexanizmi;

3.      Əmək təcrübələri – insan inkişafı və maarifləndirmə, məşğulluq, sosial dialoq, təhlükəsizlik, iş şəraiti  və  s.;

4.      Ətraf-mühit – tullantılarla çirklənmənin qarşısının alınması, iqlim dəyişikliyi və ona uyğunlaşma, təbii  resurslardan səmərəli istifadə, onların  müdafiəsi və bərpası;

5.      İstehlakçılarla bağlı məsələlər - təhlükəsizlik, ədalətli marketinq və s.;

6.      Ədalətli fəaliyyət təcrübələri - anti – korrupsiya, ədalətli rəqabət və s. ;

7.      İctimai inkişaf və proseslərə cəlb olunma - sosial investisiya, təhsil və mədəniyyətin inkişafı və s.