KSM-in prinsipləri

AzMarketing.az

Beynəlxalq təcrübəyə əsasən KSM-in prinsipləri aşağıdaklardır:

·         Cavabdehlik. Bu prinsipə əsasən şirkət öz fəaliyyətinin cəmiyyət və ətraf mühit üzərində təsirlərinə görə cavabdehlik daşımalıdır.;

·         Şəffaflıq. Şirkət cəmiyyətə və ətraf mühitə təsir edən qərarlarında və fəaliyyətlərində şəffaflığı təmin etməlidir.;

·         Etik fəaliyyət. Şirkətin fəaliyyəti doğruluq, insaflılıq və toxunulmazlıq kimi etik prinsiplər üzərində qurulmalıdır;

·         Tərəfdaşların maraqlarına hörmət. Şirkət öz tərəfdaşlarının maraqlarına hörmətlə yanaşmalı, gündəlik fəaliyyətində nəzərə almalı və  bu sahədəki  müvafiq  tələblərə cavab verməldir.;

·         Qanunun aliliyinə hörmət. Şirkət qəbul etməlidir ki, qanunvericiliyin göstərişləri məcburidir və onlara əml edilməlidir.;

·         Fəaliyyətin beynəlxalq prinsiplərinə hörmət. Şirkət öz milli qanunvericiliyin tələblərinə cavab verməklə, öz fəaliyyətinə dair beynəlxalq normalara da mümkün qədər əməl etməyə cəhd göstərməlidir.;

·         İnsan hüquqlarına hörmət. Şirkət insan haqqlarına hörmətlə yanaşmalı vacibliyin və ümumbəşəri əhəmiyyətini qəbul etməlidir.