• Font size:
  • Decrease
  • Reset
  • Increase

İnsan Resurslarının İdaəedilməsinin Funksiyaları

AzMarketing.az

Köhnədən Kadır İdarəçiliyi olaraq da adlandırlan İnsan Resursları departamentinin missiyası təşkilatların fəaliyyətini artırmaq üçün hazırlanan proqramları (işə yerləşdirmə üsulları, maaşlar, əlavə qazanclar, insan qaynaqları siyasətləri vs.) inkişaf etdirmək və idarə etməkdir.

İnsan Resursları etiketi artıq işyerlərində bir norma halına gəldi; təşkilatlarda, insanların yalnız işə götürmə ilə məhdudlaşdırdığı "Kadır İdarəçiliyindən" daha geniş bir əhatə və strateji rol ifadə edir. Bu zamanlar, İnsan Resursları mütəxəssislərinin, təşkilatlarına iştirak etmək və varlıqlarını davam etdirmək məqsədiylə özlərinin və İnsan Resursları departamentinin rolunu düşünmələrinin artıq zamanı gəlmişdir. Ölkəmizin içində olduğu böhran mühitində böyük rəsmi görə bilmək və bu rəsmi hədəf alan qaynaqları mövqeləndirmək İnsan Resursları üçün hər zamankindən daha çox əhəmiyyət daşıyır.

Əgər bu gün iş görənlərinizə "İnsan Resursları departamentinin nə etdiyini" soruşduğunuzda dəqiq cavablar ala bilmirsinizsə, bu vəziyyətdə İnsan Resursları departamentinin rolunu təkrar düşünməsi və funksiyalarını tanıda bilmək üçün öz bünyəsində bir sıra araşdırmalara etməsi lazımlıdır.

İşə özünüzə bir sıra suallar soruşmaqla başlaya bilərsiniz:

·         İnsan Resursları departamentinin işçilər arasındakı imici nədir?

·         İşçilər, təşkilatın missiyasını və məqsədlərini irəliyə apararkən təşkilatın davamlı dəstəkçisi olan İnsan Resursları departamentinin əhəmiyyətini anlayıb, təqdir edirlərmi?

·         İnsan Resursları departamenti, funksiyalarını təşkilata tanıtmaq üçün bir səy sərf edirmi?

İlk addım…

İnsan Resursları departamenti, özünü təşkilata təsirini artırmaq üçün ilk addım olaraq ofisindən çıxmalı və işçilərinin dünyasına daxil olmalıdır; hər səviyyədəki işçilərlə söhbət etməli və özünü tanıtmalıdır. İşçilərin ehtiyac duyduqları şeyləri diqqətli bir şəkildə dinləməli; nələr etdiyini, funksiyalarının nələr olduğunu və nələr edə biləcəyini tanıtmalı, işçilərin təşkilatın qabiliyyətləri və təşkilata qatqıları mövzusunda öyrətməlidir. Bu təhsildə də edə biləcəklərinin nələr olduğunu izah edərək başlamalıdır.

Günümüz İnsan Resursları strukturlarının İdarə etdiyi Funksiyalara baxdığımızda bunları aşağıdakı başlıqlarda yekunlaşdırmaq mümkün ;      

     İşə götürmə Prosesi

Açıq mövqe üçün lazımlı olan uyğun xüsusiyyətlərə sahib müraciət formalarından qısa siyahılar yaradılmaq, namizədlərlə görüşmələr, testlərin, referansların yoxlanılması, kimin işə götürüləcəyinə kimin alınmayacağına qərar vermək üçün istifadə edilən digər vasitələrə qədər hər şey İnsan Resurslarının məsuliyyətindədir.

     Rol və İş Bölgüsü

 İnsan Resursları rol və iş bölgüsünü müəyyən edərlər. Buna bağlı olaraq da təşkilatın davamlı inkişafını izləyər və bunun iş bölgüsü üzərindəki təsirini qiymətləndirərlər. Rol və iş bölgüsü mövqelərin məsuliyyətlərini, vəzifələrini, pay səviyyələrini, kimin hesabatlandırılacağını və kimin hesabatlandıracağını müəyyən edərlər. Əlavə məsuliyyətlərə və dəyişikliklərə bağlı olaraq rol və iş bölgüsü zamanla dəyişə bilər. İnsan Resursları rəhbərliyi səssiz irəliləyən dəyişiklərə qarşı hazırlıqlı olmalıdırlar. Bəzi vəziyyətlərdə bu dəyişikliklər ani olduğunda İnsan Resursları rəhbərliyi üçün müddət çalışması və iş bölgüsü üçün yeni qiymətləndirmələr etmək qaçınılmazdır.

    Əmək Haqqı

 Şirkət, bazarda rəqabət edə bilmək və öz içində ədalətli ödəniş dağılımı təmin etmək üçün işçilərə nə qədər maaş ödəməli? İşdə bu nöqtədə İnsan Resursları, şirkətin maaş cədvəllərini və sistemlərini inkişaf etdirərkən bazar araşdırmalarından, iş analizi texnikalarından və işçilərin ilin müəyyən dövrlərində reallaşdırılan performans gösdəricilərindən faydalanar. Əmək haqqı mövzusunda obyektiv və ədalətli ola bilmək üçün İnsan Resursları rəhbərliyi yaxşı təyin olunmuş İnsan Resursları rəhbərlik proseduralarına və qiymətləndirmə vasitələrinə ehtiyac duyar.

Əlavə Qazanclar

 İnsan Resursları, inkişaf etdirdiyi və idarə etdiyi əlavə qazanc proqramlarıyla işçilərə, mükafat sistemini, sağlamlıq sığortasını, səyahət xərclərini, xəstəlik icazəsini, tətilləri, həyat sığortasını və daha çoxunu zəmanət edər; onları qanuni əlavə qazanc haqqlarının nələr olduğu mövzusunda məlumatlandırar.

   Qanuni Uyğunluq

 İnsan Resursları mütəxəssislərindən, iş və əmək məcəlləsi (maaş və saat qanunları, toplu müqavilə, fürsət bərabərliyi, fərq güdmə, cinsi tacıq, şikəstliklər, tibbi haqqlar, əlavə qazanclar vs.) mövzusunda mütəxəssis olmaları gözlənilər. İnsan Resurları mütəxəssisləri, təşkilat içərisində alınan qərarların və reallaşdırılan fəaliyyətlərin qanuni sərhədlərin içində qəbul edildiyini zəmanət altına almaq üçün çalışanlar və idarəçilərlə ortaq şəkildə işləyər.

   İşçilərin Attestasiyası

 İnsan Resursları, işçilərin performansını idarə etmək və qiymətləndirmək məqsədinə fokuslanan siyasətlər və sistemlər inkişaf etdirərlər. İnsan Resurslarının reallaşdırdığı tez-tez rast gəlinilən bir fəaliyyət də daha əvvəl təyin olunmuş olan performans meyarlarına görə ( hədəflər, yetkinliklər, vs...) ; işçilərin necə performans sərgilədiklərini təyin etməkdir. Bu təyin etmə ümumiyyətlə hər altı ayda bir reallaşdırılan, hər iki tərəfin də iştirakının təmin edildiyi açıq performans görüşmələriylə edilər. Performans görüşmələri bir əvvəlki görüşmədə qərarlaşdırılmış olan bütün vəzifə və fəaliyyətləri əhatə edər və bir sonrakı dövrün hədəflərini təyin edər. Ayrıca görüşmədə olan tərəflərin hər ikisi də gələcək dövr üçün yerinə yetirmək üzrə müəyyən olunan vəzifə və fəaliyyətləri qəbul edər.

   Təkmilləşdirmə - Boşluq Analizləri

 Bu termin ümumiyyətlə işçinin müəyyən bir mövzudakı mövcud təkmilləşdirmə səviyyəsi ilə o rolun istənilən təkmilləşdirmə səviyyəsi arasındakı fərqi təyin etmək üçün istifadə edilər. İşçi və idarəçi bu analizin ardından aradakı fərqi bağlamaq üçün nələrin edilə biləcəyi mövzusunda razılaşarlar. İnsan Resursları rəhbərliyi isə təhsil və istiqamətləndirmə kimi inkişaf müddətləri ilə bu boşluqları bağlamağı hədəflər.

 İnsan Resurslarının Karyer Planlaşdırılması

 Personalın inkişafına istiqamətli qərarların alındığı personal inkişaf planı İnsan Resursları rəhbərliyinin ən əhəmiyyətli komponentlərindən biridir. Personal inkişaf planı işləyənlərin, mütəxəssisliklərini artırmaq üçün bacarıqlarını inkişaf etdirmələrində köməkçi bir plandır.

   İş Təhlükəsizliyi və İşçi Sağlamlığı

 İnsan Qaynaqları rəhbərliyinin kritik məsuliyyətlərindən biri iş təhlükəsizliyi və işçi sağlamlığıdır. Ümumiyyətlə fabriklər və "manual" iş görən şirkətlər üçün əhəmiyyətli olduğu fərz edilən iş təhlükəsizliyi və sağlamlığı büro işləri üçün də çox böyük əhəmiyyətə malikdir. Bu gün ofis işləyənlərin çoxu stresslə əlaqədar narahatlıqlarla qarşı mübarizə etməyə çalışırlar. İnsan Resursları rəhbərlikləri bu kimi problemlərin öhdəsindən iş təhlükəsizliyi və işçi sağlamlığı tətbiqləriylə gəlirlər. Stresslə necə mübarizə edilə biləcəyi və iş mühitinin necə daha məhsuldar hala gətirilə biləcəyi ilə əlaqədar işlər görmək surəti ilə İnsan Resursları rəhbərlikləri, çalışanlarının problemlərinə həllər çıxararlar.

   Təhsil Planları

 Təhsil planları, müəyyən bacarıq və xüsusiyyətlərə çata bilmək üçün təşkil edilən təhsil proqramlarını və inkişaf pillələrini təyin etmək üzrə istifadə edilər. İnsan Resursları rəhbərliyi təhsil planlarının böyük əksəriyyətini, sürətli bir şəkildə nəticə ala bilmək üçün qısa yollu inkişaf müddətləri ilə təşkil edər.

Baxış rejimini seçin :