• Font size:
  • Decrease
  • Reset
  • Increase

Apple şirkəti

AzMarketing.az

“Apple” 1 avqust 1976 ci ildə Steve Jobs, Steve Wozniak və Ronald Wayne tərəfindən qurulmuş olan komputer firmasıdır. 

 

Şirkət mərkəzi Cupertino, Kaliforniya, Amerikadadır. 2005-ci ildən baş direktor Steve Jobs-dur. Apple Macintosh, iPhone və İpod bilinən məşhur məhsullardandır.

Apple vaxtı ikən fotoaparat və yazı maşını kimi məhsullarida bazara təklif etmişdir. Günümüzdə isə komputerlər, monitorlar, musiqi oynadıcıları və proqram məhsulları istehsal etməkdədir.

“Apple Computer”-dən “Apple”-a

9 Yanvar tarixində şirkətin adı “Apple Computer” - dən “Apple” - ə çevrilmişdir. Steve Jobs dəyişikliyi iPhone-un tanıdıldığı Mac World Expro 2007 açılış nitqində söyləmişdir. Komputer kəlməsinin çıxarılmasına səbəb olaraq “Apple Komputer” deyildiyində ağıla gələn komputerin Mac olduğu nəzərə çatdırılmış, bu səbəbdən şirkətin adının indiki məhsul çətirini daha yaxşı əks etdirmək məqsədilə dəyişdirildiyi deyilmişdir. Amma, ABŞ-da 2004-cü ildən etibarən satılan komputerlərin sayı 204.542.560 olduğu halda Mac sayı sadəcə 110.400.000 ədəd ilə məhdud qalmışdır.

LOGOSUNUN MƏNASI

Amerikanın ən çox tanınan komputer firması olan Apple ilk qurulduğu zamanlar bir alma növünün adı olan “Macintosh” adıyla tanınırdı. Daha sonra marketinq dahisi Steve Jobs “İncil”-də bəhs edilən Adəm və Həvva-dakı almanı istifadə etməyə başladı. Dişlənmiş alma fiqurunun bugünkü mənada ilk komputerlərin istehsalında yer alan və zəhərə batırdığı almanı dişləyərək özünə qəsd edən Alan Turing – in şərəfinə istifadə edildiyi də söylənməkdədir.

*            Mac OSX– hazırki Apple istifadə sistemi

*            MacBook,MacBook ProMacBook Air (Powerbook) – Apple daşına bilən komputerləri

*            iMac1997-ci ildə bazara çıxarılan, inqilab edici xüsusiyyətləri ortaya çıxaran və ev istifadəçisinə yönəlik Apple komputeri

*            iPod, iTunes ilə birgə rəqəmsəl musiqi mövzusunda yeni dalğanı başladan musiqi oynadıcısı

*            iMac Pro, Apple-ın yüksək səviyyəli istifadəçiləri üçün çıxartdığı komputer

 iPhone, iPhone 3G, iPhone 3GSApple-ın ,istehsal etdiyi mobil telefonlar*           

 

 

Apple Komputerin yaradıcısı Stephen Gary "Woz" Wozniak

Stephen Gary "Woz" Wozniak (1950-ci ilin 11 avqustunda Kaliforniya ştatının San Jose şəhərində doğulub) Steve Jobs və Ronald Wayne  ilə birlikdə Apple Computer-in əsasını qoymuş amerikalı mühəndisdir. Onun kəşfləri və mexanizmləri fərdi komputer inqilabına töhvə vermək və inkişaf etdirmək üçün 1970-ci illərdə kreditləşdirilir. Wozniak 1970-ci illərin ortalarında Apple I və Apple II – ni yaradıb. Apple II daha çox populyarlıq qazanıb və nəticədə 1970-ci illərin və 1980-ci ilin əvvəllərinin ən çox satan fərdi komputeri olub.

Wozniakın bir çox sonradan verilmiş edı vardır, məsələn “The Woz”, “Wonderful Wizard of Woz” (Wozun Möhtəşəm Sehiri) və “iWoz” (bir çox Apple məhsulunun adına əsasən). “WoZ” (“Wheel of Zeus” (Zeusun Təkəri)-nin qısaltması)eyni zamanda Wozniakın qurduğu şirkətin də adıdır. Içinə qapanıq insan olaraq bilinir, hətta məşhur olmasından narahat olur. Apple komputerin “Digər Steve-i” olaraq da adlandırılır. Daha çox tanınan Steve isə Apple şirkətinin Baş İcraçı Direktorudur (CEO).

Wozniak 1975-ci ildə oxuduğu Berkeley Universitetindən ayrılır və irəlidə onu məhşur edəcək olan komputeri hazırlayır. Nə var ki, niyyəti Palo Alto, Kaliforniya-da yerləşən elektronikllərin bir hobbi kulubu olan Homebrew Computer Club (Ev İstehsalı Komputer Klubu) üzvlərinə təsir etməyə çalışmaq idi. Bu səbəblə lahiyənin hələdə geniş bir tanınmışlığı yoxdur.

1970-də Wozniakın bir mainframe (əsas çərçivə) komputer üzərində çalışdığı şirkətə Steve Jobs yay stajına gəldiyi zaman dost olurlar. 1 Avqust 1976-cı ildə Jobs və Wozniak “Apple Computer” şirkətini qurdular. Wozniak Hewlett-Packard (HP)-dəkı işindən ayrıldı. Apple-ın araşdırma və inkişafdan məsul müdir müavini oldu.  “Apple I”-ı 666.66$ olaraq qiymətləndirmələri mövzusunda Wozniakın bu rəqəmlə Şeytanın Rəqəmi arasındakı əlaqənin fərqində olmadığını, təkrar olunan rəqəmləri xoşladığı üçün 500$-lıq qiymətin üzərinə mənfəət payı olaraq 33%-ni əlavə edərək bu rəqəmi əldə etdiyini söyləyir. Jobs və Wozniak ilk 100 komputerlərini  Mountain view, Kaliforniya - da “Byte Shop” adlı yeni bir komputer mağazası açan Paul Terrell-ə satarlar. Terrel “Apple I” – ın sadəcə prosessorunu satın alır, klavyatura, monitor və hətta komputeri yerləşdirmək üçün lazım olan digər ləvazimatları belə özü təmin edir.

Wozniak artıq bütün vaxtını “Apple I” – ın xətalarını düzəltməyə və yeni funksiyalar əlavə etməyə ayırmaqda idi. Yeni dizaynı ən vacib xüsusiyyətləri olan sadəlik və istifadəliliyi özündə daşıyırdı. “Apple II”-də Wozniak yüksək həll oluna bilən qrafik xüsusiyyətini əlavə etdi. Komputeri artıq sadəcə yazı deyil şəkillərdə göstərə bilirdi. Wozniak “Yüksək həll oluna bilinməni elə belə əlavə etmişdim. Bunu sadəcə iki çiplə etdim. Insanların istifadə edib etməyəcəyindən əmin deyildim.” deyir. 1978-ci ildə bahalı olmayan floppy disk nəzarət modulu əlavə edir. Randy Wiggington ilə birlikdə sadə bir disk idarə və fayl sistemi yazarlar. Disk idarə sistemi üçün “Shepardson Microsystem” şirkəti “Əmr Xətti İnterfeysi” (Command Line Interface) istehsal edir. 

Baxış rejimini seçin :