• Font size:
  • Decrease
  • Reset
  • Increase

Lacoste

AzMarketing.az

Lacoste 1933-cü ildə qurulmuş əsasən imkanlı sosial təbəqələr üçün  geyim,  ayaqqabı, ətir, dəri geyimləri, saat, optik və günəş eynəkləri və ən məşhur tennis köynəkləri satan bir geyim firmasıdır. 

 

Şirkət özünün yaşıl timsah  markası ilə tanınmaqdadır. Onun əsas rəqibləri sırasına Armani, Fred  Perry, Polo Ralph Lauren and Tommy Hilfiger daxildir.
1933-cü ildə Rene Lacoste böyük fransız trikotaj emalatxanasının sahibi və idarəedicisi olan Andre Giller ilə   La Chemise Lacoste firmasını qurdu. Onlar tennis meydançalarında geyinilən üzərində timsah markası olan inqilabi tennis köynəkləri istehsal etməyə başladılar
lacoste_11
.
Sonralar Lacoste tennis köynəklərinə əlavə olaraq golf və yelkənçilik üçün köynək  istehsal etməyə başladı. 1951-ci ildə şirkət öz sahəsini “tennis white” və rəngli köynəklər istehsal edərək genişləndirməyə başladı. 1952-ci ildə geyimlər ABŞ-a ixrac edilməyə başladı və burada    imkanlı sosyal təbəqələrin   geyim seçimlərinə təsir göstərmək üçün “səlahiyyətli idmançılar cəmiyyəti mövqeyi” kimi reklam edildi.
1969-cü ildə Bernard Lacoste atası Rene Lacostedən şirkət rəhbərliyini öz öhdəsinə götürdü. Bundan sonra şirkətin əhəmiyyətli böyüməsi Bernardın rəhbərliyi altında görüldü. O rəhbərliyə keçincə hər il 300 000 Lacoste məhsulları satılmağa başladı....
 
Lacoste markası  1970-ci illərin sonralarında  ABŞ-da məşhurluğunun zirvəsinə çatdı və 1980-ci illərdə "preppy wardrobe"nin özvü oldu. Bununla yanaşı 1980 –ci ildə Lisa Birnbacha  məxsus Offical Preppy Handbook -da yer aldı.
 1970-ci və 1980-ci illərdə ABŞ-da İzod və Lacoste geyimləri adətən bir-birlərinin yerinə işlədilməyə başlandı. Çünki 1950-ci illərdən başlayaraq Bernard Lacoste “İzod Lacoste” köynəklərini istehsal etmək üçün İzod şirkətinin rəhbəri David Crystal ilə birgə işə başladı. Lacoste şirkətinin həm gəlirləri, həm də xarici bazarda tanınarkən digər şirkətlərin zərər zərbələri ilə müflisləşməyə başladı. Şirkət rəhbərləri gəlirlərini artırıb borclarını azaltmaq ümidi ilə Lacoste və İzod firmalarını ayırmağa qərar verdi. Amma bu cəhd mənfi nəticə verdi. Bu nəticə ilə Bernard Lacoste özünə aid hissələrin yarısını Fransaya, David Crystal isə Van Heusene satdı. Eyni zamanda 1977-ci ildə ABŞ bazarında Lacoste şirkətinə nəzərən daha çox geyim satan Le Tigre Clothing şirkəti də tamami ilə rəqabət məqsədi ilə qurulmuşdur.

Daha sonra 200-ci illərdə bir moda dizaynçısı olan Cristophe Lemaire ilə işə başlamasıyla Lacoste markalarındakı hökümdarlığını təkrar idarəsi altına aldı. Bügün bu ortaqlıq nəticəsində Lacoste şirkəti böhrandan çıxıb 1990-cı illərdəki elit vəziyyətinə geri döndü.

2005-ci ildə 50 milyon Lacoste geyimləri 110 ölkədə satılmaya başladı. Bu şöhrət Lacoste və Amerika tenis ulduzu Andy Roddick də daxil olmaq üzrə idmançı Richard Gasguet, İsveçrəyə aid olan olimpik qızıl medal sahibi Stanislas Vavrinka və bir çox gənc tenisçilər arasında bağlanmış razılaşmalarla daha da artdı.

 Bernard Lacoste 2005-ci ildə keçirdiyi ağır xəstəlik səbəbi ilə şirkət rəhbərliyini uzun illər ən yaxın iş ortağı və eyni zamanda qardaşı olan  Michel Lacoste-ye  verdi. Bernard Lacoste  21 mart 2006 –cı ildə Parisdə vəfat etdi.
Rəhbərliyə keçən gənc qardaş Michel Lacoste müxtəlif şirkətlərə marka lisenziyası verdi. Bundan sonrakı tarizlərdə Lacoste Polo köynəkləri həmdə İCC tərəfindən Tayland və Çin markaları altında istehsal olunmağa başlandı.
Günümüzdə Lacostenin dünya səviyyəsində çoxlu sayda butiqləri fəaliyyət göstərməkdədir. Eyni zamanda dünyanın bir çox öndə gələn Saks fifth Avenue, Nordstrom, Lord&Taylor, Neiman Marcus, Bloomingdale’s, Macy’s, Belk, Halls və s. bular kimi butiqlərində, Kanadanın Harry Rosen, AvstraliyanınDavid Jones və Myer satış mərkəzlərində Lacostenin dəbdəbəli geyimlərinə rast gəlmək olar.
Günümüzdə Lacoste ayaqqabılarını istehsal etmək üçün Pelanntd Brand, ətir istehsalı üçünProcter&Gamble və kiçik dəri əşyalarının istehsalı üçün Samsonite şirkətinin dünya üzərində lisenziyası vardır.
 
 Hazırladılar: Səbai Bağırova
                        Reyhanə Manaflı
 
 
Baxış rejimini seçin :