• Font size:
  • Decrease
  • Reset
  • Increase

2013-cü ilin ən yaxşı Brendləri

AzMarketing.az
   İnterbrand Brand Consultancy  şirkətinin rəsmi veb səhifəsinin verdiyi məlumata görə 2013-cü ilin ən yaxşı 100 brendi müəyyən olunub. 2013 best Global Brands cədvəldəki kimi sıralanıb.
    İnterbrand Brand Consultancy-ə görə 2012-ci ildə 2-ci yerdə olan Apple şirkəti 2013-cü ildə brend dəyərində 28% artım edərək 98 milyard 316 milyon $brend dəyəri ilə liderliyə yüksəlib.
     2012-ci ildə lider olan CocaColaşirkəti isə 2% brenddəyəri artımi ilə 79 milyard 213 milyon ABŞ dolları brenddəyəri ilə 2013-cü ildə 3-cü yerdə qərarlaşıb.
  2012-ci ildə 4-cü sırada olan «Search» sözünün sinonimi kimi işlədilən Google şirkətinin Brand dəyəri 34% artaraq 2013-cü ildə ən dəyərli 2-ci brendolub. Google-un brand dəyəri 2013-cü il üçün 93 milyard 291 milyon ABŞ dolları olub.
  4-cü sırada isə 2012-ci ilin ən bahalı 3-cü brendiolan IBM durur. IBM-in2013-cü il üçün dəyəri 4%-lik artım ilə toplam78 milyard 808 milyon $olub.
  5-cı sıranı isə 2012-ci ildə olduğu kimi Microsoft şirkəti tutub. 3% artım ilə Microsoft-un brend dəyəri 59 milyard 546 milyon ABŞ dolları olub.
 Növbəti yerləri sırası ilə 46 947000 000$, 41 992 000 000$, 39 610 000000$, 37 257 000000$ və35, 346 000000$  dəyər ilə Ge, McDonald’s, Samsung, İntelvə və Toyota brendləri tutur.
 Top 10 Ən Dəyərli Brend arasında yenədə Amerika hegemonluğu özünü göstərir.
  Ən dəyərli 10 Brendin 8-i, 100 brendinisə 55-i  ABŞ brendidir. Buda ABŞ-ın dünya bazarında ən mühüm və ən dəyərli brendlərəsahib olduğunu göstərir.
  ABŞ-55, Almaniya-9, Yaponiya-7, Fransa-7, Böyük Britaniya-4, Cənubi Koreya-3, İtalya-3, Hollandiya-3, İspaniya-2, İsveç-2, İsveçrə-2, Kanada-1, Finlandiya-1, Meksika-1
  2013-cü ildə ən çox dəyərli brendə sahib olan sektor Avtomobil sektorudur. 14 Brend. İkinci və üçüncü yerdə isə hərəyə 12 brend olmaqla FMCG və Texnologiya sektoru tutur. 4-cü yerdə 11 brendilə maliyyə xidmətləri sahəsidir. Beşinci yeri isə hərəyə 7 brend olmaqla Spirtli içki və lüks mallar sektoru paylaşır.
 
 
 
 
 
Baxış rejimini seçin :