• Font size:
  • Decrease
  • Reset
  • Increase

Brendləşmiş Simalar

AzMarketing.az
Steve Jobs kimdir?
            Onun dastanı böyük hərflərlə yazılmış sahibkarlıq əfsanəsidir.İstər mobil telefon, istərsədə (PC)komputer sahəsində dünyaca məşhur olan Steve Jobs 24 Fevral 1955-ci ildə San Fransiskoda dünyaya gəlib və o Kaliforniyadan olan Jobs ailəsi tərəfindən övladlığa götürülmüşdü. Orta məktəbdə təhsil aldığı illərdə tez-tez dərsdən sonra Hevlett-Packard şirkətinin keçirdiyi mühazirələrdə iştirak edirdi və məhz burada o gələcək şəriki Steve Vozniakla tanış olmuşdur. Jobs ilk olaraq Atari şirkətində elektrik panelini quraşdıran texnik vəzifəsində işləmişdir. 1976-cı ildə millioner investorun maliyyə yardımı ilə o və Steve Vozniak "Apple Inc." şirkətini təsis etmişdilər.
            1984-cü ildə qrafik interfeysli ilk kiçik komputer Makintoşu hazırlamışdılar. Bununla belə, səhv biznes qərarı və direktoru ilə mübahisəsi Jobsu öz şirkətindən uzaqlaşmağa vadar etmişdi. Bundan sonra o, iki ayrı şirkət qurmuşdur: NeXT və Pixar.
Sonralar Pixar Disney şirkəti tərəfindən, NeXT isə öz Apple Computers Inc. şirkəti tərəfindən alınmışdır. Şirkətin alınması ilə o, 1996-cı ildə müvəqqəti director olaraq Apple Computers Inc. şirkətinə qayıtmışdı. O andan etibarən Apple Computers şirkəti iMac-ın istehsal edilməsi ilə inkişaf etməyə başladı. Daha sonar məşhur Mac Book, iPod və iPhone, iMac, iPod nano, iTunes Store, Apple Stores, Mac Book, iPad, App Store kimi məhsullar istehsal edərək mobil telefon, MP3 player və bütövlükdə informasiya texnologiyaları sahəsində inqilab etmişdir. Onun rəhbərliyi altında Apple Computers Inc. şirkəti böyük bir qüvvəyə çevrildi. Apple şirkətinin 2012-ci ilə olan xalis gəliri $41.733 milyarddır və Steve Jobs-un varidatı isə $6.1 milyarddır.
2007-cı ildə Fortune Jurnalı tərəfindən Biznesdə ən nüfuzlu insan adına layiq görülmüşdü və dünyada e-lider olaraq qəbul edilməkdədir.
2011-ci il 5 Oktyabrda xərçəng xəstəliyindən vəfat etmişdir. Jobs iş fəaliyyəti prosesində elə hərəkətlər edirdi ki, sanki adi qaydalar ona tətbiq olunmurdu və onun gündəlik həyatda gətirmiş oldu­ğu gərginlik və həddən artıq emosionallıq hazırlamış olduğu məhsula əlavə etdiyi xüsusiyyətlər idi.
            Steve Jobsdan onun ən mühüm ixtirasının nə olduğunu soruşduqda bunun Apple şirkəti olduğunu demişdi. Güclü şirkət qurmağı möhtəşəm bir məhsul istehsal etməkdən çətin və daha vacib oldu­ğunu bildirmişdi.
            Öz növbəsində o, 7 sənaye sahəsinin dəyişməsinə yardım etdi: şəxsi kompyüter, animasiya filmləri, musiqi, telefon, masaüstü kompyuter, pərakəndə satış mağazaları və rəqəmsal nəşriyyat.
 
Bil Gates kimidir?
                Dünyada ən məşhur əməliyyat sistemi olan "Windowsun" qurucusu, "Microsoft" şirkətinin rəhbəri William Henry "Bill" Gates III və ya daha çox bilinən adı ilə Bill Gates, 28 oktyabr 1955-ci ildə Amerika Birləşmiş ştatlarında anadan olmuşdur.
            Stiv Cobsun adı kompüter sisteminin sadələşdirilməsi ilə əlaqələndirilsə də, bu sahədə Bill Qeytsin böyük səylərini görməməzlikdən gəlmək olmaz.
            Bill Qeyts kompüter sənayesində inqilab edən bir iş adamıdır. Kollecini tərk edərək, o qarajda Microsoft üzərində çalışmış və onu qurmaq üçün çox səy göstərmişdir. Hazırda şirkət dünyada ən böyük şirkətlər arasında yer alır. Forbes Jurnalının məlumatına əsasən Bill Gates 2012-ci ildə 63 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı adamları siyahısında ikinci yeri tutmuşdur.  
            Bil Gates Harvard, Cambridge kimi bir çox nüfuzlu universitetlərdən fəxri doktora adı almışdır. Bununla yanaşı bir sıra nüfuzlu mətbuu orqanlar tərəfindən ayrı-ayrı illərdə "ilin adamı", "100 ən nüfuzlu adamdan biri" və s. kimi adlara layiq görülmüşdür.
                Qeyts daima qeyd edir ki, səylə işləməyi heç bir şey əvəz edə bilməz. İnsanlar sonsuz uğur əldə etmək istəyir, lakin əldə etdikləri qısa müddətdə solub gedən müvəqqəti uğurdur. 
 
Wolt Disney kimdir?
            Dünyada çox az insan tapılar ki,Wolt Disneyin adını eşitməsin. İstər çizgi filimləri ilə, istərsədə Disney şəhərcikləri ilə dünyada daim məşhurluğunu qorumuşdur. Sadəcə onu demək kifayətdir ki, təkcə Kaliforniyadakı disneyləndə ildə 10 milyondan çox insan gəlir.
            Xəyalpərəst, yenilikçi, iş adamı, Amerika mədəniyyətinin çoxobrazlı ixtiraçısı olan  Uolt Disney, dünyanın hər bir ölkəsində və mədəniyyətində geniş yayılmış sevimli cizgi filmi personajı olan Mikki Mauzun məşhur banisidir. O, Walt Disney Studiosunun yarıdıcılarındandır və dünyada ən nüfuzlu cizgi filmi istehsalçılarından biridir. O, həmçinin düynyada ən yaxşı atraksion parkları kimi hesab edilən dünyaca məşhur olan Disneyləndin qurucusudur.
Uolt Disney 1901-cı il Dekabrın 5-də İrlandiya əsilli Elias Disney ailəsində dünyaya gəlmişdir.
Elias Disney Kanadadan Kaliforniyaya qızıl axtarışına gəlmiş, lakin burada fermer olaraq yaşamışdır.
Uolt Disneyin çox gənc yaşlarından rəsmə marağı olmuşdur. Qonşunun atının şəkilini çəkmək üçün ona ödəniş edilmişdi. Orta məktəbdə məktəb qəzetinin karikaturaçı rəssamı olmuşdur.
16 yaşında orta məktəbi tərk etmiş və Orduya getmiş və burada təcili tibbi yardım maşının sürücüsü işləmişdir.
19 yaşında o“İverks-Disney Ticari Rəssamlar” adlı ilk kommersiya şirkətini açmışdır. Bununla belə, bu başlanğıc yaxşı olmadı və Disney buradan reklam şirkətinə keçdi.
Reklam şirkətində işlədikdən sonra, Disney bu şirkətdən bir həmkarı ilə birlikdə ilk animasiya biznesini qurdu və “New man Laugh-OGrams” adlı ilk animasiyalı cizgi filmi seriyalını hazırladı.
Bundan sonra, o uğurlu cizgi filmi seriyalarını hazırlamağa səy göstərdi. 1920-cı illərin sonlarında Mikki Mauz Personajını hazırlayana kimi bir sıra uğursuzluqlarla üzləşmişdir.
Mikki Mauz personajı cəmiyyət tərəfindən yaxşı qarşılanmış və o zamanların məşhur Feliks Pişiyi personajını kölgədə qoymuşdur. Mikki Mauz Disneyin ulduz karyerasında əsaslı rol oynamış və Ağca və Cırtdanlar kimi uğurlu cizgi filmlərinin hazırlanmasına təkan vermişdir. 
1940-cı illərin sonunda o əyləncə parkının planını düşünməyə başlamışdır. Nəhayət, 1955-ci ildə Disneylənd dünyanın əyləncə və istirahət mənbəyi olaraq açıldı. Hal-hazırda dünyanın bir çox ölkələrində uğurla fəaliyyət göstərir.
Uolt Disney1966-cı ildə Dekabrın 15-də 65 yaşında Los Angelesdə vəfat etmişdir. 
 
Henri Forddan Kimdir?
Henri Ford "Ford Motor" şirkətinin təsisçisivə həmçinin T model avtomobillərin müasir istehsal xətti metodunun ixtiraçısıdır. O, həmçinin 100-dən çox patent almış bir ixtiraçıdır. Onun zamanında, o, dünyanın ən zəngin adamlarından biri olmuşdur.
Bu gün, Ford Motor şirkətinin dünyanın hər bir yanında dileri var və dünyanın ən böyük avtomobil istehsalçılarından biridir.
Henri Ford 30 iyul 1863-cü ildə Miçiqan ştatının Detriot şəhərində fermada altı nəfərdən ibarət bir ailədə dünyaya gəlib.
Cavanlığında o əşyaları birləşdirmək və ayırmaqda qeyri-adi bir bacarıq göstərmişdi. O, atasının hədiyyə etdiyi cib saatını təmir edə və söküb-yığa bilirdi. Buna görə, saat təmirçisi adını almışdı.
Fermada yaşamasına baxmayaraq coşğusu onu həmişə başqa yerlərə aparıb. 16 yaşında Detroit şəhərinə köçmüş  və burada maşinist kimi işləmişdir.
O əvvəlcə kütlə üçün avtomobil yaratmaq məqsədilə Detroit Avtomobil Şirkətini təsis etmişdi. Lakin şirkət uğur qazanmamış və nəticədə bağlanmışdı.
Nəhayət, bir sıra digər investorlarla birlikdə Ford Motor Şirkətini açmışdır. Onun ilk modeli olan “999” Ford markasını bütün ABŞ-da məşhur edəcək avtomobil oldu. Şirkət o zamanlar  işçilərə son dərəcə yüksək maaşlar verərək bacarıqlı və qabiliyətli şəxsləri özünə cəlb edirdi.
Onun ən böyük uğuru Ford T modelini uğurla hazırlaması olmuşdur. Bu modelin qiyməti o qədər aşağı idi ki, tezliklə Amerikada əksər sürücü T modelini sürməyi öyrənmişdi. O qədər uğur qazanmışdı ki, ilk istehsalından sonra 20 il ərzində ümumi gəliri 15 milyondan çox olmuşdur.
Nəhayət, Ford Motor Şirkəti ABŞ-ın diplomatic əlaqələri olduğu ölkələrdə iş quraraq beynəlxalq arenada da tanınmışdır.
Daha sonra o, Birinci Dünya Müharibəsində ABŞ-a təyyarə istehsalında köməklik etmək məqsədilə Ford Airplane Kompani adlı şirkəti açmışdı. Lakin, iqtisadi böhran zamanında  maaşların aşağı olması ilə əlaqədar bağlanmışdır.
Xəstəliyi ilə əlaqədar 1945-ci ildə şirkəti nəvələrinə təhvil vermiş və nəyahət 83 yaşında 1947-ci ildə vəfat etmişdir. \
 
SAM WALTON Kimdir?
SAM WALTON 1918-ci il Martın 29-da bir kasıb kəndçi ailəsində  Oklahomada dünyaya gəlmişdir. Əsl adı Samuel Moore Waltondur. 
Sam walton çətin uşaqlıq illəri keçirdi və kasıbçılığın necə olduğunu gördü. Belə ki, orta təhsil illərində jurnallara üzv olma, qəzet paylama, dovşan və göyərçin yetişdirmə ilə məşğul oldu. Yeməkxanada gözləyərək stolun üstündə artıq qalan yeməkləri yeyərək oxudu. Universitetin hovuzunda can qurtarıcılıq etdi.
Daha çox əzmli olan Walton, 1936-cı ildə Colombia Missouridəki Hickman Liseyini və 1940-cı ildə isə Missouri Üniversitenin İqtisadiyyat fakultəsini dərəcə ilə bitirmişdir. Universiteti qurtarmasına az qalmış penney dükanında işləməyə başladı və səhər saat 6:30-dan axşam 20:00-a qədər iş saatı idi. Günorta yeməyi fasiləsində digər dükanları gəzərək onların nə ediklərinə baxırdı.
1945-ci ildə ilk mağazasını Newport Arkansasda açmışdır.
1950-ci ildə başına qəribə bir hadisə gəlir icarəyə götürdüyü mülk sahibi Samın gördüyü işə göz qoyar və müqaviləni təzələməz və eyni yeri dükan kimi işlətməyə başlayar . Bundan sonra Sam Walton və ailəsi Arkansasa bağlı kiçik bir qəsəbə olan Bentonville-yə köçür və eyni ildə “Dime & Nickle Store” adlı kiçik bir dükan açır. 1952-ci ildə isə ikinci dükanını açar və self servis sisteminə keçər. İlk böyük mağazası olan Wal Mart-ı 1962-ci ildə Arxansasan şəhər mərkəzində açır. Wal Mart, adını qurucusu olan Sam Waltonun qısaltmasından götürür.  Sam hər zaman uzun müddətli qazanc əldə etmək üçün qiymətləri endirmək və müştəri qazanmaq olduğunu düşünürdü. SAM WALTONun ən əsas özəlliklərindən biri hər zaman ağlında bir sonrakı hədəfi, bir sonrakı dükanı bir sonrakı qəsəbəyə, rayona açma düşüncəsi var idi. Şirkətin xərclərini azaltmaq əzmi ilə çalışırdı.
 10 il sonra 1972-ci ildə Wal Mart, özünə böyüyə bilməsi üçün daha böyük pullar qazandıracaq olan birjaya girdi. 1987-ci ildə bütün hissə sənədlərinin düşməsi nəticəsində bir milyard dollar itirdiyində nə hiss etdiyini soruşanda “Nəticədə bir kağız parçası. Başladığımızda da bir kağıt parçası idi və hələ də bir kağız parçasıdır” cavabını vermişdi.
 Əsl böyümə 1987-ci ildə Hypermarket adını verdiyi, ilkindən 10 dəfə daha böyük olan nəhəng süpermarketə daşınmasıyla başladı.1991-ci ildə Meksikanın Polanco şəhərində ilk şöbəsini açdı. Rəqibi olan Tesco İngiltərədə bazarı ələ keçirərkən, Wal Mart da Meksikada pərakəndə satan mağazalar mövzusunda iqtisadiyyata hakim oldu. Wal Mart-ın 2006-cı ildə Almaniyaya yayılma səyləri nəticə vermədi və şirkətin binaları Metro Groupa satıldı.
Dövriyyəsi 400 milyardlar dollar, 2,2 milyion işçisi və 3702 dükanı və ən böyük şirkət adına layiq olan bir müəssisədir.
 
Baxış rejimini seçin :