• Font size:
  • Decrease
  • Reset
  • Increase

Marissa Mayer

AzMarketing.az
Vəzifəsi: Prezident və CEOŞirkətin adı: Yahoo
2012 ildə ümumi gəliri:  $36.615404 (otuz altı milyon altı yüz on beş min dörd yüz dörd dollar)
Marissa Mayer kimdir?
 Marissa Mayer hal-hazırda Yahoo-nun prezidenti və əsas İcraçı direktorudur(2012 – ci ilin iyulundan bəri). Daha əvvəl isə o, uzun müddət Google-da icraedici və (key spokesperson) olmuşdur.  Mayer Fortune jurnalına əsasən 2013 – cü ilin biznes dünyasında ən təsirli iş qadını sıralamasında səkkizinci yeri tutmuşdur.
Gəncliyi və təhsili
Mayer Wausau 1993 – cü ildə Wausau Şərq məktəbindən məzun olduqdan sonra o, Wisconsinun qubernatoru Tommy Thompson tərəfindən Şərqi Virciniyada Gənclərin Milli Elm Düşərgəsində iştirak etmək üçün iki nümayəndədən biri olaraq seçilmişdir. 
Mayer Stanford Universitetinin Bakalavr və Magistr pillələrini fərqlənmə ilə bitirmişdir.  2009 – cu ildə Illinois Texnologiya İnstititu Mayeri tədqiqat sahəsində işlərinin tanınmasına görə  fəxri doktorluq diplomu ilə təltif edir.
Mayer 1999 –cü ildə iyirminci işçi kimi Google’a ilk qadın mühəndis olaraq fəaliyyətə başlayır. Oradakı 13 il ərzində o, mühəndis, dizayner, məhsul meneceri və idarəedici kimi işləyir. Mayer Google Search, Google Images, Google News, Google Maps, Google Books, Google Product Search, Google Toolbar, iGoogle və Gmaildə başlıca rol oynayır.
O həmçinin Google’un məşhur sadə axtarışlı əsas səhifəsini qurmuşdur. Google’dakı  sonuncu ilində o, Local, Maps və Location xidmətlərin Vitse-Prezidenti və ondan əvvəl isə axtarış məhsullari və istifadəçi təcrübəsi bolməsində vitse – prezidenti olmuşdur.
2012 – ci il 16 iyulunda o, Yahoo’nun Prezidenti və CEO’su təyin edilir. O, həmçinin şirklətin idarə heyətinin üzvüdür.
2013 – cü ildə Mayer, Forbes jurnalının dünyanın 100 ən təsirli qadını sıralamasında 32 – ci yeri tutur. Həmçinin, 2013 – cü ildə Mayer, Fortune jurnalının yaşı qırxdan az olan top 40 biznes ulduzları sıralamasında birinci yeri tutan ilk qadın olur.
Bürokratik sistemi asanlaşdırmaq və onun ən yaxşı mədəniyyət versiyasını qurmaq üçün Mayer,  PB&J adlanan yeni online proqram başladır. PB&J işçilərin ofisdə  olan şikayətlərini və onların ballarını toplayır. Əgər problemin balı əllini keçərsə, o zaman online idarəetmə avtomatik hadisəni araşdırmağa başlayır.
2013 – cü ilin fevralında Mayer Yahoo da işçi siyasətində əsaslı dəyişiklik edir. Bu, bütün şirkətdən kənarda çalışan işçiləri ofis statuslu işçilərə çevirməyi əhatə edirdi. Hamiləliyinin sonuna doğru o, evdən işlərini idarəedirdiş Mayer oğlan uşağı dünyaya gətirdikdən sonra işə geri döndü. Onun ofisinin yanında uşaq bağçası inşa etdirdi – nəticə etibarı ilə Mayer telecommuting(bilgisayar, fak, telefon kimi vasitələrlə işləri evdən idarəetmə) qadağasına görə tənqid olundu.  Baxmayaraq ki, Mayer öz həyat təcrübəsində, xüsusilə də hamiləlik dövründə şirkətin bir çox işlərini evdən idarə edərək nailiyyət əldə etmişdir,  işçilərin sərbəst çalışmasına qadağa qoyması öz iş təcrübəsinə zidd davranış kimi qəbul edildi.
2013 – cü ilin aprelində Mayer analıq məzuniyyətinin vaxtını uzadaraq və valideynlərə nəğd bonuslar təmin edərək doğum icazəsi siyasətini dəyişdirdi. CNN bildirir ki, bu Facebook və Google kimi digər Silikon Vadisinin şirkətləri ilə uyğun idi.
20 may 2013 – cü ildə Mayer Yahoo-ya 1.1 milyard dollar müqabilində Tumblr-i əldə etməyə yol açdı. Bu alış, Mayer şirkətin CEO’su olandan bəri meydana gələn böyük satınalmalar seriyasından yalnız biri idi. 2013 – cü ilin iyulunda Yahoo-nun hesabatında əvvəlki illərlə müqayisədə gəlirdə enmə, ancaq mənfəətdə artım oldu.
2013 – cü ilin noyabr ayında Mayer menecerlərə öz işçilərinin ən aşağı və yüksək işgörmələrinə görə Bell Curve üzrə dərəcələyən(sıralayan) - işçilərin Bell Curve dərəcəsinə(sırasına) əsaslanan Performansların Ölçülməsi Sistemini təsis etdi. İşçilər şikayətlənirdilər ki, bəzi menecerlər prosesə məcburi kimi baxırlar.
Tərcumə edən:  Nərmin Əliyeva
Mənbə:
http://en.wikipedia.org/wiki/Marissa_Mayer
http://articles.latimes.com/2013/feb/26/business/la-fi-yahoo-telecommuting-20130226
Baxış rejimini seçin :