• Font size:
  • Decrease
  • Reset
  • Increase

Whatsapp-ın arxa simaları

AzMarketing.az
Whatsapp bugün AppStore-larda ən çox yüklənilən və istifadə olununan proqramlardan biridir. Onun yaradcıları Brain ActonJan Koumdur.
Brain Acton-1972-ci ildə anadan olub. O 1991-ci ildə Pennsilivaniya universitetini, 1994-cü ildə isə Stanford Universitetini bitirib. 1993-1996-cı illərdə Apple şirkətində, 1996-2007-ci illərdə isə Yahoo şirkətində çalışmışdır. Yahoo şirkətində işləyərkən o Jan Koumla tanış olmuşdu.        

Jan Koum- 1976-cı ildə Ukraynada anadan olub. Əslən yəhudi olan Jan ailəsi ilə birgə 1992-ci ildə ABŞ-a, Kaliforniyaya köçdü. Əvvəllər dükanda təmizləyəçi belə işlədi.Sonralar proqramçılıqla maraqlanmağa başladı.Komputer elmləri üzrə San Xose Universitetinə qəbul olunsa da təhsilini tamamlamadı.1998-2007ci illərdə Yahoo şirkətində işlədi.
Brain Acton və Jan Koum 2009-cı ildə Whatsappı yaratdılar.Bugün whatsapp istifadəçi sayının artmasına görə Facebook, Twitter və Skype-ı qabaqlayır. 2014-cü ildə Facebook Whatsappı 19 milyard dollara aldı. Qeyd edək ki, Brain və Jan bir vaxtlar Facebook-a iş üçün müraciət etmişlər, lakin yox cavabı almışdılar. 
 
 
Baxış rejimini seçin :