• Font size:
  • Decrease
  • Reset
  • Increase

Honda şirkəti

AzMarketing.az

Soichiro Honda… Uşaqlığından bəri ağlından çıxartmadığı öz əli ilə avtomobil istehsal etmə xəyalını reallaşdıran insan.

  1948-ci ilin sentyabrında “Honda”-nı quran şəxs. İlk gənclik günlərində özünün istehsal etdiyi avtomobili dünya yarışlarında lider olarak görməyi xəyal edən ve bunu reallaşdıran adam. Yaratdığı mühəndislik xarüqəsi mühərriklərlə Honda markasını kısa zamanda yollarda rəqib tanımayan bir mövqeyə gətiren dahi insan. Çalışdığı illər boyunca ticari qayğıları bir kənara atıb idealist tərziylə mühəndislik xarüqəsi dizaynlar və kəşvlər edən insan.

Soichiro HONDA; Hondanın sadəcə kurucusu deyil, eyni zamanda Hondanın yolunu müəyyən edən insan olmağı bacardı. Her zaman yaradıcı fikirləri ve layihələri dəstəkləmək üçün kapital yığdı.

  • honda1949-cu ildə Dream (Yuxu) adlı “98 cc”-lik motosiklı istehsal etdi.
  • 1961-ci ildə “125 cc” gücündəki Honda motosikl ilə “Honda Motor”-un dünya çempiyonluğunu qazanmasını təmin etdi.
  • 1964-cü ildə Honda silsilə avtomobil istehsalına başladı. Yenə eynı ildə öz avtomobili ilə “Formula 1”-də iştirak etdi və ilk “GP” (Gran Pri)-ni 1965-ci ilin oktyabrında qazandı.
  • 1975-ci ildə dünyadaki ən vacib avtomobul markaları içinə girməyi bacardı.
  • 1980-ci illərdə ise keyfiyyəti, məsuliyyətləri, ətraf mühit mövzusundakı həssaslığı və mühəndislik hədəfləriylə dünyanın ən böyük çox millətli şirkətlərindən biri halına gəldi. Keçmişə nəzər salsaq, bütün bu uğurların və çatılan nöqtələrin bir uşaqlıq xəyalından başqa bir şey olmadığını anlamaq çox çətin olmamalıdır.

 

Formula 1 pistlərində Honda əfsanəsi !

Hondanın Formula 1 mövzusundakı tarixçəsi isə təxmin edilə biləcəyi üzrə son dərəcə parlaq. Mühərrik texnologiyaları mövzusunda üstün performans təqdim edən Honda Formula 1də 6 komanda (1986, 1987, 1988, 1989, 1990, 1991) 5 sürücü çempionluğu (1987, 1988, 1989, 1990, 1991) qazanıb və Formula 1 tarixində bir dövrə damğasını vurdu. 2000-ci ildə qurulan BAR HONDA komandası ilə birlikdə əfsanə təkrar F1 pistlerine döndü. Qurucu Honda ilk gündən başlayaraq avtomobil idman növlərindəki coşğunun şirkətin avtomobil sənayesinə  olan qatqılarını da kəşf etdi. Bu mövzudakı ən böyük qatqı yüngül və yığcam avtomobil mühərrikləri idi. Mühərrikin gücünün və nəticəsinin dərhal alındığı sahələr olan F1 pistleri "mühərrikin yaxşı işləyərsə qalib gələrsən" reallığının ən yaxşı sübut edildiyi nöqtələrdir.

Motosikl dünyasında Honda liderliyi ! 

 Əfsanə qurucu cənab Honda çıxardığı bir çox motosikl modeliylə Yaponiyanın qabaqda gələn motosikl istehsalçılarından biri olmağı bacardı və zaman içində bu sahədəki məşhurluğu bütün dünyay yayıldı. Hondanın 10-cu ilində bazara çıxardığı “Super Cub” adlı motosikl bir anda satış rekordları qıraraq siyahıların zirvəsinə yerləşdi. 

Cənab Honda şirkətin qurulmasından yalnız 5 il sonra motosikl yarışlarının olimpiadası olan “Isle of Man Tourist Trophy Grand Prix”ə qatıldı. Bu son dərəcə radikal və bir o qədər də cəsur bir qərar idi. Bu qərarın nə qədər yerində olduğu yarış nəticələri açıqlanındığı zaman ortaya çıxdı. Hətta ilk illərdən Honda "İstehsalçılar Çempionu" olmağı bacarmışdı… Daha sonra motosikl mövzusunda da yol qət edən  Honda ən vacib məhsullarını bazara təqdim etdi. Son illərdə çıxardığı modellərdən biri olan “Pan-European” bunun ən yaxşı nümunəsidir. “Pan-European”-da həm idman sürüşü həm də uzun yol rahatlığını bir yerdə yaşamaq istəyənləri düşünmüş. Və bənzərsiz bir model yaratmağı bacarmış. Qurulduğu ilk gündən bəri mühərrik texnologiyası mövzusunda rəqibsiz olan Honda yeni çıxardığı modellərlə də rekordlar qırmağa namizəddir.

Hər vaxt mühərrik yarışlarında dünya lideri olmağı hədəfləyən Honda üstün mühərrik texnologiyası sayəsində bu məqsədinə daha uzun illər çatacağını sübut edir. 

Honda Xronologiya

    1940-cı illər

-  1946: Soichiro HONDA, Honda texniki araşdırma institutunu açdı.

-  1947: Honda ilk məhsulu olan A-tipi mühərriki çıxardı.

      1950-ci illər

-  1958:Honda “super cub” məhsulu çıxarıldı.

-  1959:”American Honda Mühərrik Co.  Inc” Los Angelesdə açıldı.

     1960-cı illər

-  1960:Honda "Suzuka" fabrikində mühərrik istehsalına başladı.

-  1963:Honda ilk supor avtomobili olan “s500”-ü Yaponiyada satışa təqdim etdi.

1964:Honda ilk dəfə Formula 1ə qatıldı, Hondanin "Saitama" fabriki Sayama Japonyada açıldı.

-  1965:Honda “E300 Portable” generatorunu tanıtdı. Honda ilk F1 müvəffəqiyyətini Meksikada yaşadı.

-  1966:Honda kondisionerli compact avtomobil “N360”-ı təqdim etdi.

-  1967:"Suzuka" fabrikində avtomobil istehsalı başladı.

-  1969:Honda yuxusu “CB750” dörd mühərrikli avtomobil Şimali Amerikada təqdim edildi.

    1970-ci illər

-  1972: “Honda Civic” təqdim edildi…

-  1973: “CVCC” mühərrikləri təmiz hava düzəltməsiylə uyğun hala gətirildi.

1977:Honda “Civic U. S Benzin İqtisadiyyatı” yoxlanışlarında 1-ci sırada iştirak etdi.

-   1978: “Honda Prelude” təqdim edildi.

-   1979:"Honda of America" açıldı və mühərrik istehsalı başladı.

   1980-ci illər

  1.                   1981:Honda 3-cü ardıcıl “500cc Motorcross” Dünya çempionu oldu.
  2.                   1982:"Honda of America" Accordun ardıcıl istehsalına başladı.
  3.                   1983:Honda civic crx benzinli avtomobil istehlakında Amerikada 1-ci sıranı götürdü.
  4.                   1984:Honda F1 yarışlarına geri döndü, “Honda Araşdırma Amerika” açıldı, Honda power equipment manufacturing incdə Lawnmower ardıcıl istehsalına başlandı.
  5.                   1986:Mayın 27-sində “Acura” bölməsi açıldı.
  6.                   1989: “Soichiro HONDA”, Amerikanın məşhur avtomobillər cədvəlində iştirak edən ilk Asiyalı oldu, “Accord” Amerikada ən yaxşı satan avtomobil seçildi.

 

1990-cı illər

  1.                   1990:Yeni idman avtomobil “Acura NSX” təqdim edildi. Honda JD power istehlakçı təmin siyahısında 5-ci ardıcıl birinciliyi aldı.
  2.                   1991:Honda "Isle of man TT"də 11-ci ardıcıl müvəffəqiyyətini qazandı, Honda tam benzin məhsuldar “VTEC-E” mühərrikini “Civicte” təqdim etdi.
  3.                   1994: “Honda Indy Car” silsilələrinə girdi.
  4.                   1995:Honda ilk benzin güclü (LEV) Aşağı çölə vermə mühərrikləri (low-emission vehicles) standartlı mühərriki tanıtdı.
  5.                   1996:Honda istehsalında U.S və digər ölkələrin xammadəsi istifadə edilmiş olan “Acura Cli” tanıdıldı. Honda elektriklə hərəkət edəbilən bir vasitə inkişaf etdirməyi planladıqlarını açıqladı, “Honda Indy Car”-ı qazandı.
  6.                   1997: “Accord” və “Civic(LEV)” Amerika və Kanadada satılmağa başladı. “Accord ultra-Low Emission” vasitələri Kaliforniyada satışa təqdim edildi.
  7.                   1998: Təbii qazla işləyən “Civic Gx” silsiləsi Ohioda istehsala başladı, “Honda Cart mühərrikləri emalatçıları” kubokunu qazandı.
  8.                   1999:Honda iki il arxa arxaya “Cart Mühərrikləri emalatçıları” kubokunu qazandı.

    

2000-ci illər

  1.                   2001: “Honda Lincoln” Alabamada 440 milyon $-lıq avtomobil investisiyasını etdi. Honda “Accord” Amerikada ən yaxşı satan avtomobil seçildi, Honda “Odyssey” 3-cü ardıcıl ildə təhlükəsizlikdə “cüt beş ulduz” qazandı, Honda yeni dizaynıyla “2002 CR-V”-ni tanıtdı, Honda “Civic Coupe NHTSA”-dən təhlükəsizlik sahəsində “5 ulduz” qazanan ilk avtomobillərdən biri oldu, Honda 4 dəfə “Cart istehsalçıları” kubokunu qazandı.
  2.                   2002: “Asimo” Hondanın insani robotu, Honda Amerikanın 25-ci ilini New York birjasında zəngi basaraq qeyd etdi, “Civic Hybird” ilk benzin elektrik avtomobil olaraq şimal Amerikada satışa təqdim edildi
  3.                   2003:Amerikada 10 milyon Honda istehsal edildi.
  4.                   2004:Amerikada istehsalın 25-ci ili qeyd olundu, Honda “Avtomobil İstehsalçıları” kubokunu qazandı.

 

HONDANIN FƏRQLİ VİZİONU

  • Hondanın fəlsəfəsi 3 sözdən meydana gəlib "Fərdə Hörmət Göstər".
  • Hondada məqsəd; fərqli ortaqları, satıcıları, tədarükçüləri bir yerdə insanların daha yaxşı yaşamalarını təmin edəcək texnologiyaları, yenilikləri və məhsulları təmin etmək üçün təşviq etməkdir.
  • Bu fərqli ruhla Honda ortaqları bunu təmin edəcək gücü, mədəni zənginliklərində və bunun təmin edəcəyi üstünlükləri istifadə etmə şansına sahib olaraq əldə edirlər.
  • Honda bilirki; uğur qazanmış şirkətlər fərqlilik yaratmağın şüurunda olanlardır, bu səbəbdən Honda dilerlərindən istehsalçılarına qədər bütün Honda ailəsinə Honda şüurunu yerləşdirmək və yeniliklərlə müşdəri məmnuniyyətini təmin etmək üçün seminarlar və konfranslar təşkil etməkdir.

 

MİSSİYA  YENİLİKLƏR

"təqlid etmə"  Soichiro Hondanın bu sözü bütün Honda işçilərinin ürəklərində və ağıllarında davamlı olaraq eko edən tək sözdür.

Hondada məqsəd öz sərhədlərini məcbur edərək yeniliklərdə dünya səviyyəsində hər zaman başda olmaqdır.

Hərəkətlilikdə irəliyə fokuslanmış bir şirkət olaraq Honda texnologiyada liderliyi hedeflemektedir; Hondanın yarış ruhu, “hərkəs üçün təhlükəsizlik” fəlsəfəsi ətraf mühit mövzusunda öndərlikləri və asimonun inkişaf etmiş potensiyallığı ilə, Hondanın missiyası irəliyə dönük texnologiyalar inkişaf etdirərək müştərilərin irəlidəki ehtiyaclarını nəzərdə tutmaq və onlara lazımlı xidməti təqdim etməkdir.

 

“HƏRKƏS ÜÇÜN TƏHLÜKƏSİZLİK”

Hondada müştərinin ehtiyacını qarşılayan avtomobilin qiyməti nə olursa olsun, müştərinin ən yaxşı təhlükəsizliyə layiq olduğuna inanılır. Buna ‘hərkəs üçün təhlükəsizlik’ deyilir. Təhlükəsizlik texnologiyalarındada lider olmağı hədəfləyən Honda sürücü ve sərnişin üçün bütün Honda və Acura modellərinde ən üst təhlükəsizlik tədbirlərini almışdır. Müştərisi baş tacı olan bir firma üçün bu çoxda şoka düşüləsi bir vəziyyət deyildir. Bir lider olarak Honda müasir dünya standartlarını göz önünde tutaraq yeni təhlükəsizlik texnologiyaları inkişaf etdirməkdədir.

 

EKOLOJİ LİDERLİK

Tarixdə heç olmadığı qədər avtomobil çeşidinə sahib olduğumuz günümüzdə, 3 nöqtəyə diqqət yetirilməlidir; qlobal istiləşmə, dünyada azalan neft resursları, avtomobil egsozlarından çıxan qazların azaldılması.

 Honda egsoz qazlarının çölə buraxılması ilə əlaqədar qanuni tənzimləmələrə uyğun gələn avtomobili istehsal edən ilk şirkətdir, (CVCC-CIVIC) indiki vaxtda isə ekoloji faktorları nəzər nöqtəsində tutan Honda bu mövzuda liderliyini davam etdirməkdədir.

Hondada məqsəd reklam etmək deyil, tamamilə ətraf dostu vasitələr çıxarıb, həm alışı asan, həm də istifadəsi zövqlü və əyləncəli hala gətirən vasitələr çıxarmaqdır.

Baxış rejimini seçin :