• Font size:
  • Decrease
  • Reset
  • Increase

Adidas şirkəti

AzMarketing.az

Adidas şirkətinin tarixi

 I Dünya müharibəsindən qayıtdıqdan sonra Adolf (Adi) Dassler öz idman ayaqqabılarının istehsalına anasına məxsus olan çamaşırxanada başlamışdır. 

  1924-cü ildə isə onun qardaşı Rudolf (Rudi) Dassler də işə qoşuldu və Gebrüder Dassler Schuhfabrikin (Dassler qardaşlarının ayaqqabı fabriki) əsası qoyuldu. 1928-ci ildə Amsterdamda keçirilən Yay Olimpiya oyunlarında, Adi Dassler bir sıra atleti geyim və inventarla təmin edərək şirkətin beynəlxalq bazara çıxmasına təkan verdi. 1936-cı il Berlin Olimpiadasında Dasslerin təmin etdiyi    ayaqqabılarla ABŞ təmsilçisi Cess Ovens dördqat qızıl medal sahibi olmuşdur. 1948-ci ildə qardaşlar müəssisəni ayırmaq qərarına gəldilər. Beləliklə, Rudi Dassler Puma şirkətini, Adi Dassler isə Adidası təsis etdi.

Şirkət ilkin olaraq 1949-cu il 18 avqust tarixində "adidas AG" (kiçik hərflərlə) olaraq qeydiyyatdan keçmişdir. Şirkətin adının ingilis dilində - "All Day I Dream About Sports" cümləsinin abbreviaturasından götürüldüyü iddia olunsa da, bu həqiqəti əks etdirmir və sonralar yaranmış bekronimdir. Əslində isə "adidas" sözü Adolf Dasslerin ad və soyadının qısaldılmasından    yaranmışdır.

 

  • Tipi:      İctimai şirkət
  • Şirkətin şüarı:    "Qeyri-mümkün heç nə yoxdur" (ing. "Impossible is nothing")
  • Təsis edilib:       1924(1949-da qeydiyyatdan keçib)
  • Təsisçiləri:         Adolf Dassler
  • Yerləşməsi:       Hertsoqenaurax, Bavariya, Almaniya
  • Hakim simaları: Herbert Hainer (baş direktor)
  • Herbert Hainer_ CEO adidas.
  • Məhsulu:           İdman ayaqqabıları, geyimləri, aksessuarları və avadanlıqları.
  • Gəliri:   ▲€ 10 799,0 milyon (2008)
  • Təmiz mənfəəti: ▲€ 642,0 milyon (2008)
  • Əməkdaşların sayı:        38 980 (2008)
  • Veb-saytı:         Adidas-group.com

 Konsernin Almaniyada 8 müəssisəsi və Fransa, Böyük Britaniya, ABŞ, Kanada, CAR daxil olmaqla digər ölkələrdə 25 alt müəssisəsi fəaliyyət göstərir .

2009-cu ilə qədər aşağıdakı ticarət nişanlarını birləşdirmişdir:

  • Adidas - yüngül atletika, amerika futbolu, tennis, fitnes, futbol, basketbol, idman yerişi və bir çox digər idman növləri üzrə geyim, ayaqqabı və aksessuarlar.
  • Salomon - dağ xizəyi və təchizatı. (2008-ci ilin 2-ci yarısından etibarən Adidas Ltd. tərkibindən çıxmışdır.)
  • Mavic - velosiped üçün hissələr.
  • Bonfire Snowboarding Company - snoubordlar, idman ləvazimatı.

  

Hal-hazırda Adidasa məxsusdur:

  • Reebok - Adidasın keçmiş rəqibi, idman geyim və ayaqqabılarının istehsalı üzrə ixtisaslaşmışdır.
  • Rockport - klassik və gündəlik ayaqqabılar.
  • CCM - hokkey üçün ləvazimat.
  • Taylor Made Golf - qolf ləvazimatı.
Baxış rejimini seçin :