• Font size:
  • Decrease
  • Reset
  • Increase

MARKETİNQİN TƏRİFİ

AzMarketing.az
Marketinq nədir? İnsanların çoxu marketinqi satış, araşdırma vəya reklam kimi düşünür. Biz hər gün televiziya, 
kataloq reklamları, satış üçün zənglər və elektron poçt ünvanımıza göndərilən spam reklamlarla üzləşirik. Bütün bunları nəzərə aıldıqda marketinq haqqında yanlış təsəvvür formalaşa bilər. Marketinqə, satışa, araşdırmaya və reklama dərya və damla nəzəriyyəsi ilə yanaşaq. Bildiyimiz kimi dərya damlalardan ibarətdir. Damlaların birləməsi nəticəsində böyük su hövzələri yaranır. Bu yanaşmada marketinq bir dəryadır. Reklam, araşdırma və satış isə bu marketinq dəryasını əmələ gətirən damlalardır. Yəni marketinqin funksiyalarıdır. Kotler və Armstronqun (2012) fikrinə görə, reklam və satış marketinq aysberqinin kiçik bir hissəsidir, amma bu ifadəni daha da genişləndirib, mənasını daha da spesifik etmək olar. Başqa sözlə desək “marketinq bir aysberqdir, reklam, araşdırma və satış isə aysberqin görünən hissəsidir”.
Menecment “Guru”-su olan Peter Drucker deyirki: “marketinqin əsas məqsədi satışı lüzumsuz etməkdir”. Satış və reklam geniş Marketinq Kompleksinin bir hissəsidir. Marketinq Kompleksi isə müştəri ehtiyyaclarını qarşılamaq, müştəri məmnunluğu yartamaq və sərfəli müştəri əlaqələri qurmaq üçün kompleks və sistemli şəkildə istifadə olunan alətlər toplusudur.
Marketinqin əsas və dünyaca qəbul olunmuş və demək olarki bütün funksiyalarını öz əhatəsinə alan tərifi 1985-ci ildə Amerika Marketinq Assosiasiyası (America Marketing Association) tərəfindən verilmişdir. AMA-ya görə marketinq: Fərdi və təşkilati hədəflərə çatmağı təmin edən mübadilələri reallaşdırmaq üçün, mal, xidmət və fikir istehsal edib onların qiymətləndirilməsi, tanıdılması və bazarda paylanması ilə bağlı planlama və tədbiqetmə prosesidir.
Ancaq Amerika Marketinq Assosiasiyası 2004-cü ildə marketinqin inkişaf dinamikasına paralel olaraq marketinqin tərifini dəyişmişdir. Yeni tərifə görə marketinq:
“Müştərilər üçün dəyər yaratma, dəyəri tanıtma və təklif etməyi hədəfləyən, təşkilata və onun ortaqlarına fayda vermək məqsədi ilə müştəri münasibətlərini idarəetməyə istiqamətlənmiş faəliyyətlər toplusu və müəssisə funksiyasıdır.“
Baxış rejimini seçin :