• Font size:
  • Decrease
  • Reset
  • Increase

MARKETİNQ NƏDİR?

AzMarketing.az
Marketinq müştərilərlə məşğul olan biznes funksiyalarının ən əhəmiyyətlisidir. Qarşıda marketinqin daha geniş tərifini
 görə biləcəksiniz, amma marketinqin ən sadə tərifi belədir: müştərilərlə sərfəli əlaqələrin idarə edilməsi. Marketinqin ən əsas vəzifəsi üstün dəyərlər təklif etməklə yeni müştərilər cəlb etmək və müştəri məmnuniyyəti yolu ilə cari və loyal yəni sədaqətli müştəriləri qoruyub saxlamaq və onların sayını artırmaqdır.
Marketinq bir müəssisənin həyat standartlarının yaradılması və təşkil edilməsidir: əvvəlcə müştərilərin nəyə ehtiyyacı olduğunu müəyyən edir, bu ehtiyyac və istəkləri qarşılamaq üçün mal vəya xidmətləri planlayır və inkişaf etdirir, daha sonra effektiv və səmərəli qiymət müəyyən olunuraq mal vəya xidmət bazarda tanıdılır və satış nöqtələrinə paylanılır. Biznesin iki əsas məqsədi vardır ki, (a) müştəri ehtiyyaclarının müəyyən olunması və (b) bu ehtiyyacların qarşılanması üçün fəaliyyətlərin həyata keçirilməsi. Müasir konsepsiya müştəri və müştəri məmnunluğu üzərində qurulmuşdur. Müasir marketinqə yanaşma məhsul yönümlü (əsaslı) olmaq yerinə müştəri əsaslı olmaqdır.
Marketinq hər bir təşkilatın uğura çatması üçün kritik bir prosesdir. Böyük, orta və kiçik müəssisələrin hər biri marketinqi istifadə edir. Nəyinki kommersiya təşkilatları, hətta qeyri kommersiya təşkilatları belə bu biznes funksiyasının faydalarından bəhrələnir. 
Baxış rejimini seçin :