• Font size:
  • Decrease
  • Reset
  • Increase

MARKETİNQİN TARİXİ İNKİŞAFI

AzMarketing.az
Professional bir araşdırma və tədbiq elmi olaraq marketinq yeni bir elm sahəsidir.  Bir araşdırma vəya tədqiqat 
elmi olaraq marketinq 1950-ci illərdə Amerika Birləşmiş Ştatlarında ortaya çıxıb. Sonrakı illərdə marketinq sürətlə inkişaf edərək digər ölkələrə yayılmışdır. Marketinq fəaliyyəti olaraq 1950-ci ilə kimi fiziki bölgü, satış və satış menecmenti mövzularına daha çox əhəmiyyət verilmişdir. Amma 1960-cı illərdən sonra marketinq kompleksi, marketinq menecmenti, təşkilatı marketinq, sosial marketinq, beynəlxalq marketinq və xidmətin marketinqi kimi yeni terminlər inkişaf etdirilərək marketinqin sahəsini daha da genişləndirmişdir.
Təşkilat vəya müəssisələrin marketinq strategiyası qurarkən istifadə etdiyi 5 alternativ konsepsiya vardır: İstehsal Konsepsiyası, Məhsul Konsepsiyası, Satış Konsepsiyası, Marketinq Konsepsiyası və Sosial Marketinq Konsepsiyası.
İstehsal Konsepsiyası
Istehsal konsepsiyasına görə, istehlakçılar mümkün və daha əlverişli olan məhsullara üstünlük verirlər. Buna görədə, idarəetmə daha çox istehsal və paylama kanallarının inkişaf etdirilməsinə fokuslanmalıdır. Bu konsepsiya satışa yol göstərən ən köhnə orientasiyalardan biridir.
Istehsal konsepsiyasında əsas məqsəd daha çox istehsal etmək olduğu üçün bu konsepsiyanında fəlsəfəsi istehsalın artırılması ilə bağlıdır: “Nə istehsal etsən onuda satarsan”.
Məhsul Konsepsiyası
Məhsul konsepsiyasına əsasən müştərilər daha keyfiyyətli, çox funksiyalı və innovativ xüsusiyyətlərə sahib məhsullara üstünlük verməlidir. Bu konsepsiyada marketinq strategiyası əsasən məhsulların inkişafı üzərinə fokuslanır.
Məhsul konsepsiyasının əsas məqsədi marketinq strategiyalarının məhsulun inkişafı və keyfiyyəti üzərində qurulması olduğu üçün bu konsepsiyanın fəlsəfi düçüncəsi “yaxşı mal özü özünü satır” olaraq yaddaşlarda qalır.
Satış Konsepsiyası
Satış konsepsiyasının əsas məqsədi bacardğın qədər mal vəya xidmət satmaqdır. Bu konsepsiyanı istifadə edən müəssisələrdə əsas məqsəd maksimum satış olduğundan müştəri məmnuniyyəti gözardı edilir. Əslində satış konsepsiyasını passiv təlabat mallarının marketinqində istifadə etmək olar, çünki alıcı normalda bu məhsulları almağı düşünmür. Bu tip məhsulların faydalarını sadalamqla müştəriləri malı almağa sövq etmək olar.
Əsas məqsəd isə bazarın ehtiyyac duyduğu mal vəya xidməti təklif etmək əvəzinə müəssisənin istədiyi mal vəya xidməti satmaqdır.
Satış konsepsiyasinin fəlsəfəsini belə izzah etmək olar: Nə qədər çox istehsal etsəm o qədər çox sataram vəya nə edirsən et malı sat”.
Marketinq Konsepsiyası
Marketinq konsepsiyası hədəf bazarın ehtiyyac və istəklərini öyrənərək arzu edilən müştəri məmnuniyyətini rəqibərdən daha yaxşı şəkildə təmin edərək təşkilatı məqsədlərə çatmağı özündə cəmləşdirir.Marketinq konsepsiyasında müştəri orientasiyası və müştəri dəyəri satış və mənfəət üçün əsas yoldur. Məhsul mərkəzli “istehsal et və sat” fəlsəfəsi yerinə müştəri mərkəzli “hiss et və cavab ver” fəlsəfəsini istifadə etməkdir. Əsas iş məhsul üçün düzgün müştərini tapmaq yox, müştəri üçün düzgün məhsulu tapmaqdır.
Sosial Marketinq Konsepsiyası
Sosial marketinq konsepsiyası müştərinin qısa müddətli istək və ehtiyyaclar ilə müştərinin uzun müddətli rifahı arasındakı mümkün konfliktlərə fokuslanır. Hədəf bazarın istək və ehtiyyaclarını qarşılayan bir müəssisə hər zaman nəyin uzun müddətdə müştəri üçün yararlı olacağını düşünürmü? Sosial marketinq konsepsiyasına görə, marketinq strategiyası müştərilərə və cəmiyyətə yaxşılıq etməklə müştərilərə dəyər verməlidir. Bu marketinq fəaliyyəti cəmiyyətə və ətraf mühitə qarşı məsuliyyət daşıyan, bugünki müştərilərin və cəmiyyətin qayğısına qalan, gələcək müştərilərin və ictimaiyyətin ehtiyyac və istəklərinin qarşılanması üçün işlər görən davamlı marketinq adlanır. 
Baxış rejimini seçin :