• Font size:
  • Decrease
  • Reset
  • Increase

BAZAR NƏDİR?

AzMarketing.az
Marketinq sözünün kökü olan Market sözünə yəni Bazar sözünə nəzər salaq. İngilis və rus dillərindədə
 Bazar sözü var. İngilis dilində “Bazaar”, rus dilində isə  “Базар” kimi yazılır. Amma rus dilində bazar sözü bildiyimiz vəya aşağıda izzah ediləcək bazar mənasında yox azacıq kobud mənada işlədilir.
Bazar sözü ümumi mənada mal vəya xidmətlərin alınıb satıldığı və iqtisadi qərarların verildiyi yerdir. Bazar sözü aşağıdakı mənalarda işlədilir:
-       Alış və satış proseslərinin baş verdiyi məkan
-       Satıcı ilə alıcının fəaliyyət üçün görüşdüyü yer
-       Mal və ya xidmət mübadiləsinin baş verdiyi təşkilat
-       Mal və xidmətin satış və alış fəaliyyətləri (insani ehtiyyacların qarşılanması)
-       Məhsulalrın ticari tələbinin qarşılanması əməliyyatları
Bütün bu verilənlərdən çıxan nəticə odur ki, bazar insanların zəruri ehtiyyaclarının və istəklərinin qarşılanması, satış və alış prosesinin baş verməsi üçün satıcı və alıcının bir araya gəldiyi yerdir. Bu satış və alış prosesinə mübadilə deyilir.
Baxış rejimini seçin :