• Font size:
  • Decrease
  • Reset
  • Increase

MARKETİNQ MÜHİTİNİN ANALİZİ

AzMarketing.az
Müəssisənin marketinq mühiti hədəf müştərilər ilə uğurlu əlaqələr qurmaq üçün marketinq prosesinə təsir edən bir sıra faktorlardan və amillərdən ibarətdir. 
Müəssisə daxilində digər departamentlərdən fərqli olaraq marketinq mütəxəssisləribazarda baş verən tendensiyaları daha çox izləməli və imkanlar axtarmalıdırlar. Bütün menecerlər müəssisənin ətraf mühitində baş verənlərə diqqət yerirsədə, marketoloqlar bu sahədə daha diqqətcil və xüsusi qabiliyyətlərə sahib olmalıdır. ətraf mühitdə baş verənləri dərindən öyrənmək və analiz etmək üçün onların marketinq tədqiqatları və marketinq zəkası kimi xüsusi metodları olmalıdır. Eyni zamanda marketoloqlar müştəri və rəqib mühitinədə çox vaxt ayırırlar. Ətrafda baş verən prosesləri daha dəqiq və effektiv tədqiq etməklə, marketinq mütəxəssisləri öz strategiyalarını bazar problemləri və imkanlarını qarşılamaq üçün uyğunlaşdıra bilərlər.
 Marketinq mühiti əsasən makro və mikro amillərdən ibarətdir və hər biri aşağıda izzah edilmişdir.Aşağıdakı fiqur marketinq mühitinin strukturunu açıq şəkildə göstərir. 

 
Baxış rejimini seçin :