• Font size:
  • Decrease
  • Reset
  • Increase

MARKETİNQDƏ MAKRO MÜHİT

AzMarketing.az
Makro mühit marketinq qərarlarını çətinləşdirən çox sayda inkişaf və dəyişiklikləri özündə cəmləşdirir. Altı başlıq altında cəmlənən makro mühit amilləri bir çox alt amilin vəya faktorun  təsiri altında qeyri müəyyənliklər əmələ gətirir və bu vəziyyət marketinqin idarəedilməsinin işini biraz da çətinləşdirir. 
Dövlətlərin siyasətləri, sosial həyatın daha çox dinamik hala gəlməsi, insanların işdən kənar boş vaxtlarını dəyərləndirmə formasının dəyişməsi, alış-veriş mədəniyyətinin mürəkkəb hala gəlməsi, texnologiyanın inkişafı nəticəsində  çox sayda mürəkkəb funksiyalı məhsulların bazara təklif edilməsi kimi yüzlərcə faktor bugündən gələcəyə bazarda və istehlakçı davranışlarında yarana biləcək dəyişmələri təxmin etməyi çətinləşdirir. Rəqiblər, istehsal resurslarının təchizatçıları və vasitəçi müəssisələrin davranışlarındakı dəyişmələri əvvəlcədən təxmin etməyin getdikcə çətin hala gəlməsi də nəzərə alındıqda marketinq mühitinin nə qədər vacib olduğu başa düşülməkdədir.
 
Demoqrafik Faktorlar
Demoqrafik ünsürlər əhali ilə bağlı dəyişkənlər haqqındadır. Demoqrafik mühit marketoloqlar üçün analizi vacib amillərdən biridir çünki, demoqrafik amillər bazarları təşkil edən müştərilərdən ibarətdir. Dünya əhalisi inanılmaz şəkildə artmaqda davam edir və hətta 2030-cu ilə kimi əhalinin sayının 8 milyard olması gözlənilir (Kotler, Armstrong, 2011).
Marketoloqlar demoqrafik faktorlara həm yerli, həmdə xarici bazarlarda xüsusi nəzər yetirirlər. Onlar əhalinin yaşının dəyişməsini, ailə strukturunu, əhalinin coğrafi olaraq dəyişməsi, təhsil fərqliliklərini daimi olaraq analiz edirlər.
Demoqrafik faktorlarla əlaqəli marketoloqların xüsusi diqqət yetirməsi vacib olan əsas xüsusiyyətlər aşağıdakılardır:
*      Əhalinin artım tempi
*      Əhalinin cinsi, yaşı və yaşayış yerinə görə paylanması
*      İşsizlik nisbəti
*      Daxili və xarici miqrasiya
*      Əhalinin etnik tərkibi
*      Təhsil səviyyəsi
 
İqtisadi Faktorlar
Bazarlar satınalma gücünü tələb edir. İqtisadi mühit istehlakçı satınalma gücü və xərcləmə istəyi kimi iqtisadi faktorlardan ibarətdir. Tələbə təsir dən ən cavib amillərdən biri istehlakçıların gəlirləridir. Bu gəlirlər iqtisadi faktorlarda baş verən dəyişmələrdən təsirlənə bilir.  Bu səbəbdən iqtisadi faktorların analizi vacibdir.
Gəlirin paylanması və səviyyəsinə görə millətlər çox fərqli şəkildə yaşayır. Bəzi ölkələr sənaye iqtisadiyyatı üzərində qurulub və müxtəlif məhsullar üçün çox zəngin bir bazara sahibdir. Digər tərəfdən, elə iqtisadiyyatlar varki, sadəcə öz yaşayışlarını təmin etmək üçün (natural təsərrüfat) şəxsi əkinçilik və maldarlıqla məşğul olur və bu kimi iqtisadiyyatlar çox az investisiya imkanları təklif edir. İnkişaf etməkdə olan ölkələr isə düzgün şəkildə seçilmiş və tələb olunan məhsullar üçün böyük imkanlarla zəngindir.
Iqtisadi faktorlara inflyasiya faizi, cari faizlər, Ümumi Daxili Məhsul, fərd başına düşən milli gəlir, qiymətlərdəki artışlar, valyuta qiymətləri və sairə daxildir.
 
Sosial-Mədəni Faktorlar
Günümüzdə istehlakçıların keçmiş istehlakçılara nisbətən kifayət qədər dəyişdiyini vurğulamaq mümkündür. Keçmişdə daha qənaətcil olan, az miqdardakı məhsul ilə kifayətlənən, məhsulları daha çox funksional xüsusiyyətlərinə görə satınalan, daha çox işləyən və daha az əyləncəyə vaxt ayıran, bir məhsulu satınalmaq üçün mağazaya vəya bazara getmək məcburiyyətində olan istehlakçının yerinə bugün daha az işləyib və daha çox əyləncəyə vaxt ayırmaq istəyən, istədiyi məhsulu daha asan şəkildə əldə etmək istəyən, məhsullar arasında daha çox müqayisə etmə şansı olan, məhsulları simvolik faydaları üçün satın alan, alışverişə əyləncə kimi yanaşan bir istehlakçı kütləsi ilə qarşı qarşıyayıq. Brendin (markanın) çox vacib olduğu, həyat tərzlərinin istehlak qəliblərini dəyişdirdiyi bir dünyada yaşayırıq. Dolayı olaraq, müasir istehlakçının məmnun edilməsi daha çətindir. Marketinq mütəxəssislərinin bu situasiyada bəzi sosial və mədəni amilləri dərindən analiz etmələri vacibdir. Bu faktorlar aşağıda qeyd olunaraq açıqlanmışdır:
*      Sosial sinif
*      Alt mədəniyyət
*      Referens (İstinad) qrupları
*      Ailə strukturu
*      Həyat tərzi
*      İstehlak qəlibləri
 
Təbii Mühit-Ekoloji Amillər
Təbii mühit istehsalda istifadə olunan, istehsala və marketinq fəaliyyətlərinə təsir edən və xammal kimi istifadə oluna bilən bütün təbii resursları əhatə edir. 1980-ci ildən bugünə kimi ətraf vəya ekoloji mühit güclü dəyişikliklərə məruz qalmışdır. Dünyanın bir çox şəhəri, su və hava çirklənməsi çox təhlükəli həddə çatmışdır. Əgər bu belə davam edərsə, qlobal istiləşmə daha da gərgin həddə çatacaq və əhali öz tullantıları altında qalacaq.
Marketinq mütəxəssisləri təbii mühitdə bir neçə tendensiya haqqında məlumatlı olmalıdırlar. Bunlardan birincisi artan xammal qitlığıdır. Hava və su sonsuz və tükənməyən resurslar kimi görünsədə, onlarda təhlükə qarşısındadır.
Ətraf mühit ilə bağlı ikinci tendensiya artan çirklənmədir. Sənayelər hər zaman təbii mühiti və ekologiyanın keyfiyyətini zədələmişdir. Kimyəvi maddə tullantılarını və nüvə atıqlarını düşünün. Onların gündəlik insan həyatına, istehsalda istifadə olunan digər xammal və yarımfabrikat mallara, gündəlik istehlak olunan məhsullara təsirini düşündükçə ekoloji mühit haqqında qayğılanmaq ehtiyyacı özünü göstərir.
Üçüncü tendensiya isə təbii resursların idarəedilməsinə dövlət müdaxiləsidir. Müxtəlif ölkələr təmiz mühit üçün müxtəlif tanıtıcı üsullarla başqa dövlətlərdən fərqlənməyə çalışır. Tez tez müxtəlif ölkələrin dövlət başçıları ilə ətraf mühitin çirklənməsi ilə bağlı keçirilən konfranslar və samitlər buna misaldır.
Son zamanlar ölkəmizdədə ətraf mühitin və ekologiyanın çirklənməsinin qarşısı alınmağa çalışılır. Xəzər dənizinin neft və neft məhsulları kimi karbohidrogen maddələrlə çirklənmiş suyu ən son texnoloji qurğularla təmizlənməyə çalışılır. Eyni zamanda bununla əlaqəli olaraq dövlət başçısı, cənab İlham Əliyevin qərarı ilə 2010-cu il Azərbaycanda “Ekologiya ili” elan olundu və ekologiya ilə bağlı tutarlı tədbirlər görüldü.
 
Siyasi Faktorlar
Marketinq qərarları siyasi mühitdəki dəyişmələrdən və inkişafdan çox güclü şəkildə təsirlənir. Siyasi mühit cəmiyyətə və fərdlərə təsir edən vəya onların fəaliyyətini məhdudlaşdıran qaydalardan, qanunlardan, dövlət agentliklərindən və bir sıra təzyiq qruplarından ibarətdir. Hətta azad bazar iqtisadiyyatının ən liberal vəkili belə müəyyən qanunlar çərçivəsində sistemin çox gözəl işlədiyi ilə razılaşır. Yaxşı şəkildə tədbiq olunan qayda və qanunlar mal vəya xidmət bazarında ədalətli bazar və rəqabət şərtlərinin formalaşmasını stimullaşdırır. Dövlət hər zaman cəmiyyətin rifahını düşünərək özünün dövlət siyasətini inkişaf etdirir və haqsız rəqabətin, kontrabandanın, qaçaqmalçılığın, saxta biznesin və ictimaiyyətə ziyan vura biləcək hər hansı qeyri ideal ticarətin qarşısını alır. Bu prizmadan qeyd edilməlidir ki, hər bir marketinq fəaliyyəti müəyyən qayda və qanunlar çərçivəsində həyata keçirilir.
Siyasi faktorlardan danışarkən xarici ticarət haqqında qanunlar xüsusilə vurğulanmalıdır. Xarici ticarət bir dövlətin idxal və ixrac hədəfləri ilə balansını saxlamaq üçün müəyyən etdiyi strategiya və siyasətləri öz əhatəsinə alır. Buna görə, bəzi dövlətlər ixraca yönəlik böyüməyi hədəfləyərkən, digərləri isə idxala üstünlük verir. Bəzi ölkələrdə isə ixracat az miqdarda məhsullarla məhdudlaşdırılır. Hətta siyasi qanunlara görə, yenə bəzi ölkələrdə əldə olan kapitalı ölkədən çıxarmaq qadağan edilir. Bu və digər məsələlər marketinq fəaliyyətinə təsir etdiyi üçün diqqətlə izlənməlidir.
 
Texnoloji Mühit
Texnoloji mühit bir müəssisənin gələcəyini formalaşdıran və rəqabətdə güclü olmasına imkan verən ən əsas güclərdən biridir. Satınalınan bir mobil telefon, komputer yada bir emalatxana dəzgahının texnologiyasının sürətli şəkildə köhnəlməsi, əvəzinə daha da inkişaf etmiş və daha müasir texnologiyanın ortaya çıxması və buna paralel olaraq çox miqdarda yeni məhsul və proseslərin yaranması marketinq fəaliyyətlərində daha diqqətli olmağa vadar edir. Xüsusilə komputerlərin və funksiyalarının kiçilərək daşına bilir hala gəlməsi, istənilən zaman, istənilən yerdə istifadə edilməsinin mümkün hala gəlməsi, istehlakçı davranışlarının dəyişməsi marketinq mütəxəssislərinin marketinq strategiyalarını dəyişməsinə gətirib çıxarır.

 

Baxış rejimini seçin :