• Font size:
  • Decrease
  • Reset
  • Increase

MARKETİNQDƏ MİKRO MÜHIT

AzMarketing.az
Marketinqin idarəedilməsinin əsas işi müştəri dəyəri və müştəri məmnuniyyəti yaratmaqla müştərilərlə əlaqələrin qurulmasıdır. 
Halbuki marketinq mütəxəssisləri bunu tək başına edə bilməzlər. Fiqur marketoloqun mikro mühitinin əsas aktyorlarını göstərməkdədir. Marketinq uğuru müəssisənin digər departamentləri, vasitəçiləri, istehsal resurslarının təchizatçıları, rəqiblər, fərqli ictimaiyyət və müştərilərlə qurduğu qarşılıqlı münasibətlərdən asılıdır. 
 
Müəssisə 
Marketinq mütəxəssisləri müəssisənin digər departamentləri ilə yaxın şəkildə işləməlidir. Bu departamentlər də marketinq departamentinin plan və fəaliyyətlərinə təsir edə bilir, amma marketinq konsepsiyasını nəzərə alaraq, bütün bu departamentlər müştərini düşünməlidir.
 
Vasitəçilər
Marketinq vasitəçiləri müəssisəyə mal vəya xidməti istehlakçılara tanıtmaq, satmaq və paylamaqda kömək edir. Bu vasitəçilər əsasən satıcı müəssisələrdən (topdan və pərakəndə ilə məşğul olanlar), fiziki bölgü ilə məşğul olan müəssisələrdən və vasitəçi maliyyə qurumlarıdır.
 
Təchizatçılar
Müştəri dəyərinin formalaşdırılması prosesindətəchizatçıların vacib rolu vardır. Təchizatçılar müəssisəni mal vəya xidmət istehsal etmək üçün ehtiyyacı olan istehsal resursları ilə təmin edir. Təchizatçılarda yarana biləcək istənilən problem marketinqə ciddi şəkildə təsir edir. Təchizat çatışmazlığı, gecikmələr, işçi tətilləri və başqa hallar qısa müddətdə satışın xərclərinə təsir etdiyi halda, uzun müddətdə isə müştəri məmnuniyyətini zədələyir. Təchizat xərcinin artması məhsulların qimətini armasına gətirib çıxarır və bunun nəticəsi olaraq müəssisənin satış həcmi azala bilir.
 
Müştərilər
Müştərilər müəssisənin mikro mühitinin ən vacib faktorlarıdır. Müştəriyə dəyər verməyin əsas səbəbi, hədəf seqmentdəki müştərilərə daha yaxşı xidmət göstərmək və onlarla güclü müştəri münasibətləri qurmaqdır.
 
İctimaiyyət
Müəssisələr yalnız mövcud müştərilərini deyil, potensiyal müştəriləri də hədəfləməkdədir. Bu vəziyyət ictimaiyyətin də nəzərə alınmasını vacib hala gətirir. Müəssisə imicinin formalaşması, qorunması və potensiyal müştərilərə bu haqqda müsbət mesajıar verilərək əldə edilməyə cəhd edilməsi kimi xüsuslar son illərdə müzakirə mövzularından biri olmuşdur. Müəssisəyə qarşı ictimaiyyətdə olan etibarı gücləndirə bilən şirkətlərin daha uğurlu olabiləcəkləri və bəzi böhranların üstəsindən rəqiblərinə nisbətən daha rahat gələ biləcəklərini asanlıqla söyləmək mümkündür.
 
 Rəqiblər
Marketinq konsepsiyasına görə uğur qazanmaq üçün rəqiblərin əldə etdiyindən daha çox müştəri məmnuniyyəti və müştəri dəyəri yaratmaq lazımdır. Buna görədə müəssisələr hədəf seqmentin istək və ehtiyyaclarına adaptasiya olmalıdırlar. Eyni zamanda, müəssisələr rəqiblərinin müştərilərin beynində qurduğu mövqelənmə strategiyasından daha güclü mövqelənmə etməklə strateji üstünlük əldə etməlidir.
Baxış rejimini seçin :