BÖLGÜ (Place)

AzMarketing.az

Marketinqdə bölgü ilə əlaqədar məsələlər iki konteksdə ələ alınır:

Bölgü Kanalıəmtəələrin istehsalçıdan istehlakçıya doğru hərəkət etdərkən getdiyi yoldur.

Əmtəələrin İrəlilədilməsi-materialların və hazır məhsulların yaradılması yerindən istifadə yerinədək fiziki hərəkət etməsinin planlaşdırılması və həyata keçirilməsi prosesidir.

Bölgü marketiqin bütün funksiyaları ilə yaxın münasibətdədir. Məsələn, kanal üzvləri, məhsul planlamasına müxtəlif istiqamətlərdən kömək edə bilirlərş yeni vəya mövcud məhsullar haqqında fikir verə bilirər.  Ediləcək bir bazar testi, ancaq onlar əməkdaşlıq edərsə uğurlu olacaqdır. Həmdə vasitəçilər, məhsulların rəqiblər qarşısında necə yer alması və hansı məhsulların tərk edilməsi mövzusularında da tövsiyyə edə bilirlər. Digər tərəfdə, məhsulların rəng, forma, keyfiyyət, stil və xüsusiyyətlərinə görə çeşidləndirilməsi bütünlüklə bölgüdə çətinliklərə səbəb ola bilir, çünki, daha çox bərabər daşıma və anbarlama xərclərini yüksəldəcək, əldə tutulacaq stok miqdarlarında böyük artımlar yaradacaqdır.

Bölgü kanalının iştirakçıları:

Topdan satış - ən son istehlakçı xaricində hər cür alıcıya mənfəət qazanma məqsədi ilə edilən satışdır.

Pərakəndə satış – mal vəya xidmətin ən son istehlakçıya birbaşa satılmasıdır.

Agent (məsul satıcı) – yazılı müqaviləyə əsasən, müəyyən bir vəya bir neçə bölgədə davamlı olaraq ticarətlə məşğul olan bir müəssisəni maraqlandıran əqdləri həyata keçirən və vasitəçilik edən məsul qurumlardır.

Digər vasitəçilər - bəzən bölgü prosesində daimi kanal üzvü olmadığı halda müxtəlif vasitəçilər iştirak edə bilərlər (məs. hüquqi vasitəçilər.

Vasitəçilərin Əhəmiyyəti: vasitəçilər zaman, yervə mülkiyyətfaydasına əlavə olaraq münasib kombinasiya faydası da yaradırlar.

 

Kanal tipləri:

Dolayı – mal vəya xidmət istehsalçıdan istehlakçıya müəyyən vasitəçilər vasitəsi ilə çatdırılır.

Birbaşa - mal vəya xidmət istehsalçıdan istehlakçıya vasitəçisiz çatdırılır. Bir müəssisənin özünün mağazasında etdiyi satıç birbaşa satış adlanır.

Bölgü kanalının funksiyaları:

Tədqiqat, satışın stimullaşdırılması, əlaqələrin yaradılması, əmtəələrin uyğunlaşdırılması, danışıqların aparılması, əmtəələrin irəlilədilməsinin təşkili, maliyyələşdirmə və risqin qəbul edilməsi.

 

Bölgü Kanalının Qiymətləndirilməsi:

1.    1.      İqtisadi kriteriya: Ən yaxşı kanal ən aşağı məsrəflə ən çox satışı reallaşdıran kanaldır.

2.    2.      Nəzarət kriteriyası: Vasitəçilər istehsalçı tərəfindən nəzarətdə saxlanılmalıdır.

3.    3.      Adaptasiya kriteriyası: Həm istehsalçı həm də vasitəçilər dəyişən şərtlərə uyğunlaşa bilməlidirlər.

 

Münasib kombinasiya prosesinin mərhələləri:

Toplama (accumulation)-müxtəlif istehsalçılardan kiçik miqdarlarda mal satın alar, toplayar.

Bölüşdürmə (allocation)-malın topdançı və ya pərakəndəçi tərəfindən çeşidli istehlakçı bazarlarına bölüşdürülməsi.

Ayırma (sorting)-malın topdancı və ya pərakəndəçi tərəfindən rənginə, böyüklüyünə, cinsinə görə ayrılması.

Uyğunlaşdırma (assorting)-pərakəndəçinin istehlakçıya çeşidli mallar təklif etməsi, qiymət və modelde seçmə imkanı təmin etməsi.

 

İstehlak mallarının marketinqində kanallar (0,1,2,3 mərhələli kanallar)

İstehsalçı – İstehlakçı

İstehsalçı – Pərakəndəçi – İstehlakçı

İstehsalçı – Topdançı - Pərakəndəçi – İstehlakçı

İstehsalçı – Agent/Broker - Topdançı - Pərakəndəçi – İstehlakçı

Sənaye təyinatlı məhsulların marketinqində kanallar (0,1,2 mərhələli kananllar)

İstehsalçı – Müştəri

İstehsalçı – Vasitəçi – Müştəri

İstehsalçı – Agent/Broker – Vasitəçi – Müştəri

Xidmət marketinqində kanallar(0,1 mərhələli kanallar)

İstehsalçı – Müştəri

İstehsalçı – Agent/Broker – Müştəri