• Font size:
  • Decrease
  • Reset
  • Increase

ƏMTƏƏ (Product)

AzMarketing.az

Marketinq menecerlərinin təsirli bir əmtəə kompleksinin idarəedilməsi üçün ilk olaraq əmtəələrin nə olduğunu və müəssisələrin mal vəya xidmət təkliflərində bu əmtəələrin necə yerləşdiyini bilmələri vacibdir. 

Eyni zamanda, əmtəələrin milli vəya vasitəçi markalar (brend vəya əmtəə nişanı) altında müəyyən etmənin müsbət cəhətləri müəyyən edilməlidir. Bütün bunlara əlavə olaraq əmtəənin həyat tsiklinin fərqli mərhələlərində hansı növ strategiyaların istifadə ediləcəyi də menecer tərəfindən strategiyanın müəyyən olunmasında çox vacib bir məlumat yığımıdır.

 

Əmtəə - istehlakçı ehtiyaclarını ödəyən mal, xidmət və fikirlərdir. Hər əmtəə göz ilə görülə bilən, əl ilə tutla bilən xüsusiyyətləri ilə yanaşı, görülməyən və əllə tutulmayan bir sıra xüsusiyyətlərə də sahibdir. Məsələn: stil, rəng, forma, qiymət, marka, qablaşdırma və s.

Əmtələrin sinifləndirilməsi

Qısa müddətli istehlak malları (FMCG) – satınalma tezliyi çox sıx olan və çox qısa müddətdə istehlak olunan məhsullardır. Məsələn; gündəlik təlabat malları olan çörək, ət, süd, qatıq, pendir və s.

Uzun müddətli istehlak malları (LMCG) – Daha az sıxlıqda alınan və uzun müddətdə istehlak olunan məhsullardır. Məsələn; geyim malları, qab-qaşıq, kopyuter, üv əşyaları və s.

 Xidmətlər – Əllə tutulamayan, gözlə görülməyən, isthsalı ilə istehlakı eyni zamanda olan, anbarlamaq imkanı olmayan mücərrəd əmtəələrdir. Məsələn; bank xidməti, təhsil vəsəhiyyə xidmətləri, hüquq xidmətləri və məsləhətxanaları və s.

Məhsullar yönəldiyi müştəri baxımından 2 yerə bölünür:

İstehlak malları – şəxsi və ailəvi ehtiyacları ödəmək üçün alınaraq istehlak olunan gendəlik tələbat malları, seçilən mallar, xüsusi təlabat malları və passiv təlabat mallarıdır.

Biznes təyinatlı mallar (Sənaye təyinatlı mallar) – Alınaraq üzərində dəyişiklik edilib və yenidən mənffət qazanmaq məqsədilə satılan material və detallar, əsas əmlak, köməkçi material vəya xidmətlər kimi əmtəələrdir.

Əmtəələrin müştərilər tərəfindən tanınması onun markasına vəya brendinə bağlıdır. Məhsulları digər məhsullardan fərqləndirən simvollar, yazılar, şəkillər, rəqəmlər vəya onların ixtiyarı kombinaiyası marka yəni brendadlanır.

Məhsulun qablaşdırılması (Packaging) – əmtəə üçün qabın vəya örtüyün daxili və xarici zərbələrdən qorunması üçün işlənib hazırlanmasıdır və daxili, xarici və nəqliyyat qabı olaraq üç yerə bölünür.

ƏMTƏƏNİN HƏYAT TSİKLİ

Əmtəənin həyat dövrü 4 mərhələdən

ibarətdir. Bazara giriş  bu mərhələdə

satışlar az məsrəflər isə çox olur

şirkət zərər ilə işləyir. Rəqiblər yoxdur.

Bu mərhələdə məhsulların istehlakçılar tərəfindən tanınması və alınması üçün stimullaşdırma çox vacibdir. Böyümə mərhələsi – bu mərhələdə artıq

satışlar və gəlirlər artmağa başlayır və müəssisə zərərdən məfəətə keçir. Rəqiblərdə getdikcə artmağa başlayır və rəqabət güclənir. Bu mərhələdə ən uyğun strategiya uyğun bölgü kanalının qurulmasıdır.

Yetkinlik mərhələsi -  əmtəənin ömrünün ən uzun olduğu dövrdür və burada müəssisə mənfəətini maksimuma çatdırır və satışlarda azalmağa başlayır. Güclü rəqabət var və kiçik müəssisələr öz güclərini itirir və bazardan çıxmaq məcburiyyətində qalır. Burada əsas strategiya uyğun və düzgün qiymət təyin etməkdir. Tənəzzül mərhələsi – bu mərhələdə satışlar və mənffət artıq əhəmiyyətli dərəcədə azalmağa başlayır. Rəqiblər azalır. Stimullaşdırma fəaliyyətləri azalır. Burada əsas strategiya kimi məsrəfləri azaldılması əsas olaraq istifadə olunur.

 

 

 

 
 
 
 
Baxış rejimini seçin :