• Font size:
  • Decrease
  • Reset
  • Increase

4P Marketinq kompleksi

AzMarketing.az

Marketinq – Azərbaycanda reklam, satış vəya araşdırma kimi tanınan bu menecment prosesi əslində nə reklam, nə satış, nədə araşdırma deyil. 

Əgər bu azəri düşüncəsinə damla və dərya nəzəriyyəsi ilə yanaşsaq: deyə bilərik ki, marketinq bir dəryadır, reklam, satış və araşdırma isə bu marketinq dəryasının damlalarıdır. Sadaladığımız alətlər marketinqin bir alt funksiyalarıdır, amma marketinq deyildir. Dərya damlalardan əmələ gəldiyi kimi marketinqdə müəyyən alətlərin, funksiyaların və prinsiplərin məcmusundan meydana gəlir. Bu funksiya, alət və prinsiplər də müasir inkişafdan təsirlənərək dəyişilir. Dəryaya gələn çayların təsirindən dəryanın sularının dəyişdiyi kimi. Reklam inteqrasiya olunmuş marketinq kommunikasıyalarından və 4P-dən biri olan Stimullaşdırma kompleksinin ünsürlərindən biridir. Satış marketinqin bir alətidir və çoxları marketinqin işinin satış ilə sonlandığı qənaətindədir, amma halbuki marketinq ayzberqinin görünməyən tərəfləri məhz satışdan sonra başlayır. Araşdırma isə istehsaldan əvvəl başlayıb, istehsal və satışdan sonra da davam edən məlumat toplama metodudur və buda müəyyən bir müddət ilə məhdudlaşdırılmır. 

Marketinqə bir çox təriflər verilir, hər biri ayrı-ayrı yanaşmanın məhsulu olsada, məna etibarı ilə eynidir və eyni məqsədə qulluq edir. İstər xidmətin, istər sənayenin və istərsə də məhsulun marketinqinin məqsədi öz fəaliyyət sahəsinin tanınması, realizasiyası və müştəri məmnunluğunun əldə edilməsi ilə əlaqəlidir. Amerika Marketinq Assosiasiyasının verdiyi tərif demək olarki, bütün tərifləri öz əhatəsinə alır və bütün prinsipləri ətraflı şəkildə izah edir. “Təşkilati və fərdi hədəflərə çatmağı təmin edən mübadilələrin reallaşdırılması üçün mal və xidmət istehsal edərək qiymətləndirilməsi, tanıdılması və paylanması ilə əlaqəli planlama və tədbiq etmə prosesidir.” Tərifdən də göründüyü kimi “Marketinq Kompleksi” olaraq bilinən 4P-ə bütünlüklə tərifdə toxunulur. Eyni zamanda planlı şəkildə tətbiq edilməsi vacib olan bir proses olduğu vurğulanır. Bu da o deməkdir ki, proses şüurlu şəkildə təşkil olunan insan fəaliyyətidir.

Marketinq fəaliyyət sahəsindən asılı olmayaraq hər bir müəssisə üçün çox vacib bir funksiya və ya departamentdir. Xüsusilədə rəqabətin güclü olduğu bir mühitdə istehsal ilə məşğul olan müəssisələr üçün. İstehsaldan əvvəl müştəri və istehlakçının təlabatının öyrənilməsi, tələb olunan məhsulun istehsalı, istehsal olunan mal və ya xidmətə qiymətin qoyulması, bazarda müəyyən stimullaşdırma fəaliyyətlərinin dəstəyi ilə malın tanıdılması, məhsulun satış nöqtələrində satıcının seçilməsi və satış nöqtəsinə məhsulların paylanması, satış sonrası xidmətlər, müştəri məmnuniyyətinin əldə edilməsi, müştərinin loyallığının artırlması üçün müxtəlif fəaliyyətlərin təşkil olunması və ən əsası da müştərinin müəssisədən və aldığı məhsuldan gözlədiyi faydanı müştəri üçün təmin etmək marketinqin vəzifəsidir. Ehtiyac və istəklərin, tələbin qarşlanma nüansı olan faydanın yaradılması, gözlənilən ilə reallıq arasındakı fərq olan məmnunluğun təmin edilməsi məhz marketinqin üzərinə düşür. Bütün bunlara baxmayaraq, ölkəmizdə istehsal ilə məşğul olan  elə şirkətlər varki, “bizə marketinq lazım deyil, istədiyimiz məlumatı satış təmsilçilərimizdən istədiyimiz an əldə edə bilirik” təsəllisi ilə öz marketinq şöbəsini bağlamaqdan belə çəkinmir. Hətta, bu tip şirkətlərdə istehsal olunan məhsulun satış qiyməti də baş direktor tərəfində təyin olunur və istənilən vaxt bu qiymət heç bir əsas olmadan dramatik deyilə biləcək qədər artırılır. Sonra isə “niyə satışımız düşür?” deyə şikayətlənirlər və bunun acığını ekspeditor kimi tanıdığımız satış təmsilçilərindən “sən malı sata bilmirsən” bəhanəsi ilə onları işdən azad edərək çıxırlar. Bu əslində bu istehal müəssisəsinin hələdə marketinqin inkişaf tarixində yer alan satış konsepsiyasında qaldığına işarədir. Çünki bu tip müəssisələrdə əsas şöbə satışdır və hər bir strategiya satış üzərindən qurulur və icra edilir. Təbii ki, alınan nəticə bərabərdir “sıfır”.

Xatırlatmaq istərdik ki, dünyada hegemon müəssisələrin, transmilli korporasiyaların CEO kimi bildiyimiz Baş İcra Edici Məmurlarının 40%-dən çoxu  məhz vaxti ilə marketinq departamentində işləmiş marketoloqlardır.

 

 

 
 
Baxış rejimini seçin :