• Font size:
  • Decrease
  • Reset
  • Increase

QİYMƏTLƏNDİRMƏ (Pricing)

AzMarketing.az

 Bir müəssisənin  əsas məqsədi mənfəət olduğuna görə, bunu öz əhatəsinə alan qiymət müəssisənin məqsədinə çatmaq üçün diqqətlə müəyyən olunması vacib olan ən kritik vasitədir.Qiymətin mənffətdən kənar hissəsi isə xərcdir. 

Xərclər müəssisə xaricində müəyyən edilən faktor qiymtlərindən əmələ gəldiyindən, yəni texniki mənada xarici bir dəyişkən olduğundan, bunlar üzərində müəssisənin hər hansı bir təsiri ola bilməz. O halda müəssisə əsas məqsədi olan mənfəəti maksimuma çatdırma fəaliyyətini necə edəcəkdir? Burada vacib olan, fərqli xərc qələmləri arasında mənffəti maksimum etməyə yönəlik bir seçim etmək, yəni istehsalda təsirliliyi və səmərəliliyi təmin etməkdir.

            Qısaca minimum input ilə maksimum output əldə etmək deyə ifadə edilə biləcək bu termin, müəssisənin mənfəətini maksimum etməsində böyük əhəmiyyətə malikdir. Xərclər ilə birlikdə firmanın razı olacağı mənfəət miqdarı bir-birinin üzərinə gəlindiyində isə qiymət ortaya çıxmaqdadır. Yəni qısaca, XƏRC + müəssisənin razı olacağı MƏNFƏƏT miqdarı = QİYMƏT.

            Qiymətləndirmə mövzusu tam olaraq bu nöqtədə müəyyən olunur. Görəsən iqtisadiyyatda söylənildiyi kimi o ideal tam rəqabət şərtlərində bazar təklifi ilə bazar tələbinin kəsişdiyi nöqtədə müəyyən olunan, sonsuz sayda kiçik və bir-birinə bərabər müəssisənin heç bir şəkildə təsir edə bilmədiyi bir qiymət vardırmı və dolayı olaraq bütün müəssisələr mənfəət hesablarını bu qiymət ilə xərcləri arasındakı marj (ən son fərddən gələn mənfəət) üzərindənmi edirlər, yoxsa real həyata daha uyğun tam olmayan rəqabət şərtlərində mənfəətlərini maksimum edərək qiyməti müəyyən etmələri mümkündürmü? Bu mübahisəli mövzu iqtisadiyyat elminin olduğu qədər marketinqində əsas sahələrindən biridir.

            Marketinqə görə qiymət əlbətdəki iqtisadiyyatdakından fərqli deyildir. Amma iqtisadiyyat elmi mövzuya daha nəzəri yanaşarkən, marketinq tədbiqə yönəlmişdir. Qiymətin bir firmanın marketinq proqramı daxilindəki real yerini və funksiyasını müəyyənləşdirərək bir şey söyləmək üçün, iqtisadiyyatın  içində olduğu şərtləri müəyyən etmək lazımdır.

                  Qiymətləndirmədə hədəflər

            Bir müəssisənin uğurlu marketinq fəaliyyəti həyata keçirməsi üçün əvvəlcə müəssisənin idarə heyətinin bir məqsədinin olması vacibdir. Yni şey qiymətləndirmə üçündə keçərlidir. Müəssisə menecmenti qiyməti müəyyən etməmişdən əvvəl qiymətləndirmənin hədəflərini ortaya qoymalıdır. Bu hədəflər aşağıdakılardır:

            Mənfəətlilik hədəfləri

Mənfəətim maksimuma çatdırılması, İnvestisiya vəya real satışlar üzərindən hədəf mənfəət, Təmin edici mənffət, Minimum mənfəət

            Satış həcmi ilə əlaqəli hədəflər

Bazar payını qorumaq, Satışların maksimum həddə çatdırılması, Qiymətdən kənar rəqabət

            Qiymətləndirmə Siyasətləri

            Bir müəssisə əsasən qiymətləndirmə fəaliyyətinə iki halda baş vurar. Birincisi xərclərdəki artışlar, ikincisi isə yeni istehsal ediləcək bir əmtəənin bazara təklif edilməsidir. Müəssisənin qiymətləndirmə siyasətləri bunlardır.

            Yüksək qiymət siyasətləri

                        Bazarın qaymağını alma, İmic yaratma, Çətir qiymətləndirmə

            Aşağı qiymət siyasətləri

Bazar dərinləməsinə girmə, Rəqiblərin bazara girməsininin qarşısını almaq qiymətləndirməsi, Rəqibləri yoxedici qiymətləndirmə, Sərhədli qiymətləndirmə, Stimullaşdırma qiymətləndirmə

Elastik qiymət siyasətləri

               Qiymətləndirmə sistemləri

Bazar qiymətlərini əsas alınması, Ortalama xərc vəya xərc + mənfəət qiymətəndirməsi, Ümümi təsərrüfat xərclərinə kömək, Fərqli mal istehsalında qiymətləndirmə, Marjinal qiymətləndirmə, Məhsul analizinə söykənən qiymətləndirmə

 
 
 
 
 
 
 
Baxış rejimini seçin :