• Font size:
  • Decrease
  • Reset
  • Increase

Qərarvermə dövrünün özəllikləri

AzMarketing.az

Müəssisənin idarəolunmasında qərarvermə dövrünün özəllikləri aşağıdakılardır:

1.      Qərar müəssisənin fəaliyyətinə, məqsəd və hədəflərinə uyğun bir bütöv halında olmalıdır və onun qarşısına çıxacaq maneələrin aradan qaldırılmasına istiqamətlənmiş olmalıdır.

2.      Qərarvermə dövrü, qərar qəbul edən şəxsi psixoloji bir stresə salır. Belə ki, qərar verərkən alternativlərin tədqiqi və tapılması heç də asan iş deyil və bundan sonra bu alternativlərin müəssisə üçün müsbət və mənfi cəhətlərinin qarşılaşdırılması və ən uyğunun seçilməsi çətin və stresli bir işdir.

3.      Qərarvermə texniki bir işdir. Məlumatların toplanması və bu məlumatlardan necə istifadə olunması onların optimallaşdırılması menecerə bu sahədə texniki təcrübəsinin, ixtisasının olması vacibdir.

4.      Qərarvermə prosesi məsrəflidir. Belə ki, müəssisədə qərar verərkən məlumatların toplanması, onların təhlil edilməsi, uyğun formaya salınması üçün bir çox proseslər lazimdır. Əsasən bu proseslər idarəedicilərin özləri tərəfindən həyata keçirilir, bir çox hallarda bu sahədə ixtisas sahibi olanlar tərəfindən həyata keçirilir və bu da çoxlu maliyyə vəsaiti tələb edir.

5.      Qərar verərkən resurslardan (vaxtdan, işçi qüvvəsindən, maddi və maliyyə resurslarından və s.) səmərəli istifadə olunmalıdır.

6.      Qərar verərkən müəssisənin indiki və gələcək vəziyyəti nəzərə alınmalı, müəssisənin uzunmüddətli fəaliyyətinin təşkili istiqamətində olmalıdır.

7. Qərar verərkən qərarın kimlər tərəfindən, nə zaman, hansı vasitələrlə, nə qədər maliyyə vəsaiti ilə, hansı müddətə və s. nəzərə alınmalıdır.

 
Baxış rejimini seçin :