• Font size:
  • Decrease
  • Reset
  • Increase

İdarəedici qərar modeli

AzMarketing.az
Bu model, qərar qəbul edən şəxsin çətin vəziyyətlərdə hansı qərarı verilməsi işini asanlaşdırmaq və ona köməklik məqsədi ilə işlənib inkişaf etdirilmişdir.
 Proqramlaşdırılamayan qərarlarda, idarəedicilər qeyri-müəyyənlik vəziyyətlərdə çalışmaqda və qarşıya çıxan problemləri həll etməkdədirlər.  Bu model idarəedicilərin qarışıq vəziyyətlərdə necə qərar vermələri üzərində qurulur. Burada qərar qəbul edən şəxslər bir qərar qəbul etmək üçün ehtiyac hiss etdikləri bütün məlumatları  əldə etmək imkanlarına malik deyillər və məhdudiyyətləri vardır.  Belə hallarda rəhbər işçidüzgün qərar vermək üçün aşağıdakı amilləri nəzərə almalıdır:
1.      Düzgün qərar verərkən ilk öncə müəssisənin məqsədləri nəzərə alınmalı və qərarlar həmin məqsədlərin əldə olunmasına yönəldilməlidir;
2.      Düzgün qərar verərkən astarı üzündən baha olmamalı, digər bir deyişlə ən az xərclə, məsrəflər minimuma endirilərək ən yaxşı nəticə verəcək şəkildə olmalıdır;
3.      Düzgün qərar qəbul edərkən nə gecikdirilərək fürsətlər qaçırılmalı, nə də tələsik ətraflı düşünülmədən, təhlil edilmədən verilməli. Bir sözlə ən yaxşı qərar zamanında verilən qərardır.
4.      Düzgün qərar real olmalıdır,  xəyal olmamalıdır.
5.      Düzgün qərar vaxtında tətbiq olunmalı və müsbət nəticə əldə edilməlidir.
Baxış rejimini seçin :