• Font size:
  • Decrease
  • Reset
  • Increase

MAX WEBER və "Bürokratik İdarəetmə nəzəriyyəsi"

AzMarketing.az
Max Weber-in üzərində dayandığı bürokratiya, gündəlik dildə istifadə edilən "işlərin yola verilməsi", "gecikdirilməsi" mənasının tam əksinə təsirlilik baxımından ideal bir təşkilat quruluşunu göstərməkdədir.
 Sosial baxımdan bürokratik strukturların niyə vacib olduğu və təsirli bir təşkilat quruluşunun xüsusiyyətləri üzərində dayanan Weberin fıkirlərinin əsas nöqtələri bunlardır:
-  Funksional mütəxəssisləşməyə söykənən əmək bölgüsü;
-  Açıq-aydın təyin olunmuş bir iyerarxik quruluş və beləcə hər addımın bir üst addım tərəfindən nəzarət edilməsi;
-  Hər addımda işlərin icra edilməsinə bağlı mövqelərə gələn hər kəsin riayət edəcəyi qanun və üsullar;
-  Fərdi olmayan, şüurlu və qanunlar istiqamətində əlaqələr;
-  Texniki qabiliyyətə söykənən işçi heyəti seçimi və vəzifə artırma sistemi;
-  Təşkilat fərdlərinin qanuni səlahiyyətlərlə bir-birinə bağlanması.
Bürokratik idarəetməqaydalara, bir qrup iyerarxiyaya, bütöv əmək bölgüsü, firma əməliyyatları, uzunmüddətli karyera vəzifəsi, məntiqliliyə əsaslanan bir sistemdir.
Bürokratiyanın faydaları: Səmərəlilik və daimiliyi. Hamıya eyni şəkildə rəftar edilir və hamı qaydaların nə olduğunu bilir.
Bürokratiyanın mənfi tərəfləri:
-  Sərt qaydalar
-  Ləng qərar vermə
Bürokratik idarə etmənin səciyyəvi xüsusiyyətləri aşağıdakılardır:
1)          Qaydalar:Onlar iş vaxtında olan bütün işçilərin davranışları üçün rəsmi rəhbərliyin göstərişidir.
2)          Bərabər dəyərləndirmə:Bütün işçilərə qaydalar və mövcud məlumatlar əsasında qiymət verilir.
3)          Əmək bölgüsü:Vəzifələrin daha alt, daha ixtisaslı işlərə bölünməsi prosesi.
4)          İyerarxik struktur:Təşkilatda hər vəzifə üçün verilmiş güc və səlahiyyətin ölçülməsini təmin edən təşkilati struktur.
5)          Səlahiyyət             strukturu:Təşkilatda müxtəlif səviyyədə fərqli əhəmiyyətlilikdə olan qərar vermə hüququnu müəyyən edən təşkilatı strukturdur.
a)           Ənənəvi struktur: Adət və ənənəyə əsaslanan səlahiyyət strukturudur.
b)          Karizmatik səlahiyyət: Digərlərin özlərində qavradığı xüsusi keyfiyyət və güc səbəbindən şəxs tərəfindən toplanmış səlahiyyətdir.
c)          Rasional-hüquqi səlahiyyət: Bütün işçilərə tətbiq edilən bərabər dəyərləndirmə qaydasına və hüquqlarına əsaslanan səlahiyyət strukturu.
6)                     Uzunmüddətli KaryeraVəzifəsi:Həm işçilər,həmçinin müəssisəözlərini işçinin həyat dövrü ərzində vəzifələndirməyə yönəlik görməsidir. İş təhlükəsinə zəmanət verilməkdədir, o vaxta kimi ki, işçi texniki cəhətdən təhsillidir və öz işini qənaətbəxş şəkildə icra edir.
Rasionallıq:Təşkilati məqsədlərə çatmaq üçün ən effektiv vasitələrin istifadəsini ifadə edir.
Baxış rejimini seçin :