• Font size:
  • Decrease
  • Reset
  • Increase

İDARƏETMƏ NƏZƏRİYYƏLƏRİ

AzMarketing.az
Ümumiyyəylə müasir idarəetmə nəzriyyəsi 19-cu əsrin son 10 illiyindəmeydana gəlmişdir. Bu zamandan bəri bir çox iqtisadi, texniki və mədəni dəyişikliklər baş vermişdir.
Müasir idarəetmə nəzəriyyəsi cədvəl 1.1-dəki mərhələləri keçərək indiki formasıyla günümüzə gəlib çıxmışdır.
20-ci əsrin əvvəllərinin astanasında meydana çıxan klassik idarəetmə nəzəriyyələri özündə insanları və işləri uyğunlaşdırmaqla səmərəliliyi maksimumlaşdırmaq üzrə istiqamətlənən elmi idarəetmə, təşkilatın və idarəetmənin ən səmərəli sistemini formalaşdırmağa istiqamətləndirən prinsiplərin (əsasların) müəyyən edilməsinə yönələn inzibati idarəetməni özündə birləşdirir. Bundan başqa ikinci dünya müharibəsindən əvvəl və sonra inkişaf etmiş davranış nəzəriyyələri performansı (xidməti fəaliyyəti) artırmaq üçün idarəedicilərin necə başçılıq etmələrini və işçi qüvvəsinə nəzarət etmələri üzrə istiqamətlənmişdir. İdarəetmə elmi nəzəriyyəsi isə II Dünya müharibəsi dövründə inkişaf etmiş və idarəedicilərə təşkilatın performansını ölçmək və nəzarət etməyə kömək məqsədilə tədqiqatçıların möhkəm analitik və kəmiyyət (quantitative) üsullarını inkişaf etdirməsinə təkan vermişdir.
 
Baxış rejimini seçin :