ELMİ İDARƏETMƏ NƏZƏRİYYƏSİ

AzMarketing.az
Müasir idarəetmənin inkişafı XIX əsrin son 10 illiyinə, sənaye inqilabının Avropa və Amerikadan çəkildiyi dövrdən sonraya təsadüf edir. Yeni iqtisadi şəraitdə bütün təşkilat növünün (siyasi, təhsil və iqtisadi) idarəediciləri müştərilərin ehtiyaclarını qarşılamaq üçün ən yaxşı yolları tapmaq üçün əllərindən gələni edirdilər. 
Bir çox əsas iqtisadi, texniki və mədəni dəyişikliklər bu zaman cərəyan edirdi. Buxar maşının ixtirası və mürəkkəb maşınqayırma və avadanlığın inkişafı əmtəə və xidmətlərin istehsal üsulunu dəyişdi, xüsusilə toxuculuq və yüngül sənayelərində. Ələməyinə əsaslanan istehsalda işləyən ixtisaslı işçilər tərəfındən işlədilən kiçik emalatxanalar, daha mürəkkəb amma bir o qədər də ixtisaslı işçilərə ehtiyac olmayan mürəkkəb və müasir avadanlıqların işlədildiyi böyük fabriklər ilə əvəz edildi. Məsələn, keçmişdə ailələr və bütün kənd əhalisi tərəfindən əyrilərək ipliyə çevrilən xam pambıq və yun indi fabriklərə doldurularaq, işçilər tərəfındən avadanlıq vasitəsilə əyrilir və sonra isə böyük miqdarda ipliklər toxunularaq parçaya çevrilirdi. Yeni fabriklərin sahibləri və menecerləri kiçik miqyaslı əl əməyi istehsalından böyük miqyaslı maşın əməyinə keçidi bir dəyişiklik olaraq, özlərini hazır görmürdülər. Bununla yanaşı, bu emalatxana və fabriklərdə işləyən menecer və rəhbərlərin çoxu yalnız texniki orientasiyası olan mühəndislər idi. Onlar insanların fabriklərdə böyük qruplarla işləyərkən meydana çıxan sosial problemlərə hazır deyildilər. Menecerlər təşkilatın resurslarını idarə etmək üçün yeni üsullar axtarmağa başladılar və tezliklə işçilərin məhsuldarlığını artırmaq barədə yollar üzərində fikirlərini cəmlədilər.