FREDERİCK W. TAYLOR VƏ ELMİ İDARƏETMƏ NƏZƏRİYYƏSİ

AzMarketing.az
Frederick Winslow Taylor(1856-1915), Amerikalı maşın mühəndisi və sənayə menecmenti üzrə mütəxəssis. Sənayenin məhsuldarlığını artırmaq üçün sistemli şəkildə fəaliyyət göstərən ilk insan olaraq bilinir. Taylorun çalışmaları və  qurduğu Elmi İdarəetmə Prinsipləri Sənaye mühəndisliyinin özüllərindən olmuşdur.
Həyatı
20 Mart 1856-cı ildə, Pensilvaniya əyalətinin Germantown şəhərində varlı bir ailənin övladı olaraq dünyaya gəlib. Germantown akademiyasına davam etdikdən sonra, 1869-1870-ci illəri Fransa və Almaniyadakı məktəblərdə keçirib. Növbəti 1 il və 6 ayı isə İtaliya, İsveçrə, Norveç, İngiltərə, Fransa, Almaniya və Avstriyada səyahət edib. Sinif birincisi olduğu Exeter-də 2 il boyunca Harvardda hüquq təhsili almaq üçün hazırlandı, amma səhhətindəki müxtəlif problemlərə görə universitet təhsilini yarımçıq qoydu. 1874-cü ildə  texnoloq köməkçisi vəzifəsində çalışdı. Həmin dövrlərdə mühəndis ola bilmək məqsədilə axşam təhsilinə davam edirdi.
 1878-ci ildə işçi kimi girdiyi Midvale Polad Şirkətində 6 ilə kimi qısa müddətdə işində irəliləyərək 1884-cü ildə baş mühəndis oldu. 1880-1883-cü illər arasında Stevens İnstitutunda axşam mühəndislik proqramına davam edərək Maşın Mühəndisliyi diplomunu aldı.
Midvale Şirkətində menecer oldu. Sənaye məhsuldarlığının artması üçün irəli sürdüyü müxtəlif fikirləri burada tədbiq etdi və şirkətin inkişaf etməsinə şərait yaratdı. Midvale polad şirkətindəki ən vacib mühəndislik fəaliyyəti fabrikin və maşınların böyük hissəsinin dizaynını verməsi oldu. Buna ABŞ-ın ən böyük buxar maşınıda daxil idi. Buxar maşını tamamilə yeni və  orijinal bir dizayn olaraq 1890-cı ildə Taylor tərəfindən patenti alınmışdır.
 1890-cı ildə “Manufacturing Investment Co”-da baş direktor oldu. Burada, ağac gövdəsindən, Mitscherilch metodu ilə sülfid xəmiri istehsal olunurdu. Eyni müddət ərzində 2 böyük dəyirman tikdirdi. 1893-cü ildə müqaviləsi ilə əlaqədar şirkətlə əlaqəsini kəsərək 1901-ci ilə qədər olan vaxtını özünün  “menecment sistemini” müxtəlif istehsal və mühəndislik qurumlarına  tanıdaraq keçirtdi. “Manufacturing Investment Co”-da işləyərkən dəftər tutma sistemini qurdu və bir çox şirkətə bu mövzuda  yol göstərdi.
“Bethlehem Steel”-də çalışdığı müddətdə, komanda halında poladı kəsmə mövzusunda bir çox təcrübə həyata keçirdi. Bunun nəticəsində modern Taylor-White yüksək sürət komandalarını işlətmə metodu ortaya çıxdı. Taylorun “Metal Kəsmə Sənəti” adlı kitabı bu metodu öz əhatəsinə alır. 1900-cü ildəki Paris sərgisi Tayloru bu kəşfi üçün qızıl medal ilə mükafatlandırdı. Eyni zamanda Franklin İnstitutu  tərəfindən “Elliot Gresson” qızıl medalı ilə də təltif edildi.
Taylor 1901-ci ildə pul qazana biləcəyi işlərdən imtina edərək həyatının geri qalan hissəsini və gəlirinin çoxunu Elmi İdarəetməyə həsr etdi. Elmi İdarəetmə Prinsiplərinin praktiki tədbiqini  maşın atelyesində öyrənmək istəyən şəxslərin xərclərini ödədi, dərslər verdi və kitablar yazdı. 1907-ci ildə Amiral Goodrich, məsləhətlərindən faydalanmaq məqsədi ilə New York limanı üçün Taylordan kömək istədi. Taylorun qarşılıq istəmədən etdiyi köməyi çox uğurlu olunca eyni metodlar dəniz qüvvələrinin digər xidmətlərindədə tətbiq edildi.
 "Shop Management" adlı kitabı ilə məşhur oldu. O dövrün fabrik idarəetməsinin və sənaye idarəetmə mexanizmlərini kifayət qədər sadə və primitiv olaraq düşünürdü. İdarəetmə mexanizmləri üçün müxtəlif nizam və intizamlara ehtiyyac olduğunu, işçilərin kollektiv əmək içində olmasının vacibliyini təkidlə müdafiə edirdi. Metod Etüdüvə Zaman Etüdü kimi işləri ilə tarixə adını qızıl hərflərlə yazdı. Bir çox mütəxəssis tərəfindən Sənaye Mühəndisliyinin atası olaraq qəbul edilməkdədir. 21 Mart1915-ci ildə Filadelfiyada dünyasını dəyişib. Məzarı Bala Cynwyd, Pennsylvania, West Laurel Hill Məzarlığındadır.
Gördüyü İşlər
Taylor sənaye məhsuldarlığını artırmağı öz qarşısına məqsəd qoyan bir maşın mühəndisi idi. Elmi İdarəetmənin qurucusu və Sənaye Mühəndisliyinin öndər şəxslərindən biri olaraq tanınır. 1911-ci ildə nəşr edilən "The Principles of Scientific Management" adlı məqaləsi ilə işin idarəolunması sahəsində məşhurlaşmışdır. Bu son əsərində vurğuladığı bir çox vacib prinsip ilə bərabər, fikirlərinin tamamına "Taylorçuluq" deyilir.
Taylorun Elmi İdarəetmənin Prinsipləri (The Principles of Scientific Management) adlı məqaləsi 3 hissədən ibarətdir: Giriş; Bölmə 1: Elmi İdarəetmənin Əsasları; Bölmə 2: Elmi İdarəetmənin Prinsipləri.
Giriş:Taylor, bu hissədə, vətəndaşın demək olarki bütün günlük yaşamının qeyriməhsuldarlığı səbəbi ilə ABŞ-ın zərər etməsini vurğulamış, bunun çarəsinin isə  qeyri adi insanlar axtarmaq deyil, sistemli idarəetmə ilə ola biləcəyini oxucuya çatdırmaq istəyirdi. Taylor ən yaxşı idarəetmənin elm yolu ilə olacağını və buna da yaxşı müəyyən edilmiş qanunlar, qaydalar və prinsiplərin olmasının kömək edəcəyini müdafiə etmişdir. Elmi İdarəetmə prinsip əsaslarının, fərdi fəaliyyətdən ən böyük şirkət fəaliyyətinə qədər bütün insan fəaliyyətlərinə qədər tədbiq edilə biləcəyini vurğulamış və ən məhsuldar iş birliyinin elmi idarəetmə ilə olacağını müdafiə etmişdir.
Bölmə 1:Taylor bu bölmədə, idarəetmənin əsas hədəfinin maksimum iş təklif edənin rifahını təmin etmək və buna tək-tək hər bir işçinin maksimum rifahının yoldaşlıq etməsinin vacib olduğunu söyləmişdir. Maksimum rifah isə ancak maksimum istehsal ilə ola bilər. İdarəetmənin və çalışanın əsas hədəfinin təhsil və bunun nəticəsində hər bir çalışanın inkişafı olduğunu demişdir. Beləcə hər kəs təbii qabiliyyətlərinə uyğun olduğu işlərdə ən üst səviyyədə uğura çatacaqdır.
 Bölmə2:Taylor bu bölmədə, özünün elmi idarəetmə prinsiplərinə aydınlıq gətirmişdir. Taylorun elmi idarəetməsi 4 prinsipdən ibarətdir. 1. Elmi fəaliyyəti hədəfləyən metodların barmaqla hesablanmasını prinsip kimi qəbul edən iş metodlarıyla əvəz edilməsi; 2. Çalışanın elmi olaraq seçilməsi, təhsil verilməsi və inkişafının təmin edilməsi. Keçmişdə bu çalışanın öz  işini seçməsi və öz-özünü inkişaf etdirməsi şəklindəydi; 3. Hər bir çalışanın fərqli iş fərdlərinə görə ətraflı olaraq məlumatlandırılması və nəzarəti; 4. İşin menecerlər və çalışanlar arasında bərabər olaraq bölünməsi. Beləcə menecerlər elmi idarəetmə prinsiplərini fəaliyyət planlarında tədbiq edə bilərlər və çalışanlar da işi ən doğru şəkildə reallaşdırarlar.
Taylora görə, çalışan bu prinsiplər əsas kimi götürülərək təşviq edildiyində və buna idarə heyətinin müəyyən edəcəyi yeni iş sahələridə əlavə edildiyində elmi idarəetmə köhnə planlara görə daha çox məhsuldarlıq təmin edəcəkdir.
Friderix V. Taylor (1856-1915) səmərəliliyi artırmaq üçün iş prosesinin yenidən formalaşdırmaq məqsədi ilə insanlar və işlər arasındakı əlaqələri sistemli öyrənməsi olan elmi idarəetmənin üsullarını müəyyən etməklə daha çox tanınmaqdadır. Taylor inanırdı ki, əgər bir məhsulun istehsalı üçün sərf olunan vaxtın və cəhdlərin ixtisaslaşma və əmək bölgüsünün artırılması yolu azaldılarsa,istehsal prosesi daha da səmərəli ola bilər. Bununla əlaqəli, Taylor öz prinsiplərini bir neçə kitabda cəm etmişdir. "Maqazin idarəedilməsi" (1903) və "Elmi idarəetmənin prinsipləri" (1911). Bu əsərlərində o iş sistemini yenidən təşkil etmək üçün müfəssəl olaraq prinsipləri necə tətbiq etməyi yazmışdı. Əvvəllər istehsal meneceri sonralar isə məsləhətçi işləyən Taylor öz təcrübə və müşahidələri əsasında iş mühitində səmərəliliyin artırılması üçün 4 prinsip irəli sürmüşdür.
Prinsip 1:İşçiləri öz işlərini necə yerinə yetirdikləri yolları tədqiq et, işçilərin malik olduğu rəsmi iş biliklərini topla, işlərin yerinə yetirmə yollarını inkişaf etdirərək tətbiq et;
Prinsip 2:Yerinə yetirilən işlərin yeni üsullarını yazılı qaydalara çevir və standart əməliyyat proseduralarını kodlaşdır;
Prinsip 3:İşi görə biləcək işçilərin malik olduqları bilik və bacarıqlarını işin tələbləri ilə müqayisə et və qoyulmuş qayda və proseduralar üzrə işin yerinə yetirilməsi üçün onları təlimləndir;
Prinsip 4:İş üçün qane edici və ya məqbul performans səviyyəsi müəyyən et və sonra məqbul səviyyədən yuxarı performans üçün əmək haqqı sistemi müəyyənləşdir.
İşçi qüvvəsi, xammal və vəsaitdə böyük ölçüdə israf olduğunu təyin etmiş,bunun qarşısını alaraq məhsuldarlığı artırmanın yollarını tədqiq etmişdir. Həm işçilər həm də idarəedicilər cəhətdən məlumatsızlığın, cəhalətin istehsalın artmasına mane törətdiyini, beləcə də daha çox əmək haqqı almaq imkanı olduğu halda çalışanların fərqində olmadan daha aşağı əmək haqqına razı olduqlarını müşahidə etmişdir.
İşçilərin avadanlıq və maşınlarıistifadə tərzini və bununla əlaqədar hərəkətlərini ölçmə alətləriylə təyin etmə yoluna getmişdir. Xronometr və müxtəlif mühəndis ölçmə alətləriylə etdiyi işlərlə lazımsız zaman və material itkisini minimum səviyyəyə endirmiş, icra edilən işin keyfıyyətini və miqdarını artıraraq daha çox istehsal ilə bərabər daha yüksək əmək haqqı qazanma istiqamətli metodlar inkişaf etdirmişdir.
Xüsusilə zaman metodu adı verilən işləri parça başına əmək haqqı tətbiqi ilə çox istehsal edən şəxslərin yüksək əmək haqqı ilə mükafatlandırıldığı təşviqli əmək haqqı sistemlərinin inkişaf etdirilməsiylə sənaye istehsalında ortalama 400%-i aşan məhsuldarlıq artımını təmin edə bilmişdir.
Taylora görə elmi rəhbərlikprinsiplərinin üç məqsədi vardır:
-  Nümunələr verərək səmərəsiz işin səbəb olduğu böyük zərərləri göstərmək;
-  Bu səmərəsizliyin qarşısını almağın tək yolunun sistemli bir idarəçiliyin tətbiqi
olduğunu oxucuya sübut etmək;
- İdarəetmənin müəyyən qayda və qanunlara söykənərək bir elm olduğunu ortaya qoymaq.
Taylorun bu yeni idarəçilik anlayışında vəzifənin planlaşdırılması işinin onu performansı işindən ayırması lazım olduğunu vurğulamışdır. Planlaşdırma yanında nəzarətə də böyük əhəmiyyət vermişdir. Taylor əsasən istehsal problemləri ilə və istehsalın məhsuldarlığının artırılması ilə məşğul olmuşdur.
1910-cu ildə Taylorun elmi idarəetmə sistemi ölkə miqyasında tanınmağa başladı və tamamilə təcrübədə istifadə olundu. Həddən artıq ixtisaslaşma və ya işin sadələşdirilməsi işçilərə monotonluq və ya işin təkrarlanması baxımından qane etməməyə səbəb oldu. Həmçinin bir çox işçilər gördü ki, performanslarıartırıldıqdan sonra menecerlər mükafatlandırma qarşılığında onlan daha çox işlətməyə başladılar.
Elmi idarəetmə çoxlu işçilərə fayda əvəzinə daha çox çətinliklər gətirdi və artıq menecerlərin onların güzəranı barədə etimadı azaltmağa başladı. Bu narazı işçilər çox zaman yeni elmi idarə etmə üsulu ilə işləməyə cəhd etməklə yanaşı, iş üzrə malik olduqlarıbilikləri menecerlərdən və ya rəhbərlərindən gizlədirdilər. Bu da istehsalın səmərəliliyinin artırılmasına yönəlmiş nəzəriyyənin əskikliklərini göstərməyə yol açdı.
Bunun əksinə yeni idarə etmə üsulunun işin yerinə yetirilməsi yolunda tətbiq olunmasında uğursuz olan təşkilatların bəziləri iş prosesinin mexanikləşdirilməsini artırdı.
Bu performans baxımından, 2 idarəetmə təcrübəsinin kombinasiyası - (1) işçi-iş arasında düzgün əlaqənin əldə edilməsi və (2) istehsal xəttinin sürətinə görə işçi və işlərin əlaqələndirilməsi - məna ifadə etməkdədir. Bu mürəkkəb, təşkil edilmiş iş qrupunda xərclərdə böyük qazanca və əmtəədə böyük artıma səbəb olmaqdadır.