MARKETİNQ

AzMarketing.az

Marketinq Məktəbi (Marketinq üzrə ixtisaslşmaq istəyənlər üçün)

1.    Marketinqin Əsasları

-      Marketinqin tarixi inkişafı və konsepsiyalar, strateji marketinqdə planlama ətraf mühitin analizi, Boston Konsaltinq Qrup, Ansoff Matrisi analizləri, Marketinq Tədqiqatı və onların növləri, müştərilər və onların növləri, Seqmentasiya, Hədəf kütlə seçimi, Mövqelənmə strategiyaları və onların əhəmiyyəti, marketinqde strukturlaşma, xidmətin marketinqi.

2.    Marketinq Menecment

-      Marketinq Konsepsiyalarına Giriş, Marketinqin bir Biznes funksiyası olaraq müəssisə daxilindəki əhəmiyyəti, Marketinq - müəssisənin döyünən ürəyi, eşidən qulağı, düşünən beyni, marketinq komleksinin əhəmiyyəti, əmtəə strategiyaları, qiymətləndirmə, tanıtım fəaliyyətləri və məhsulalrın paylama kanallarının seçimi, satış sonrası xidmətlərin müştəri məmnuniyyətindəki rolu və mütəri əlaqələri, 4C, 4R və 21P strategiyaları.

3.    Strateji Marketinq

-      Marketinq mühitinin analizi, strateji planlama, marketinq fəaliyyətlərinin planlanması, əməliyyatlara nəzarət sistemləri, tələb təxminləri və satışın təşkili, büdcənin müəyyən olunması, istehlakçı qərar vermə prosesi, Seqmentasiya, Hədəf Kütlə və Mövqelənmə strategiyaları, Ansoff, BCG, GAP analizləri, marketinq heyətinin nəzarəti və motivasiyası və sairə.

4.    Marketinq TədqiqatlarıvəTədbiqi Yolları

-      Akademik Araşdırma və Marketinq Tədqiqatı, marketinq araşdırmasının növləri, Kəmiyyət və Keyfiyyət araşdırmaları və data-ları, ilkin və təkrar məlumatlar, müəssisə daxili və xarici məlumat resursları, anket, müşahidə və təcrübə metodları, sorğu anketlərinin dizaynı və formalaşdırılması, sual tipləri, sorğu cədvəllərinin növləri, korelasiya və reqressiya analizləri, Fokus qrup və növləri, məlumatların SPSS və WinMax proqramlarında analizi və hesabatların hazırlanması.

5.    Inteqrasiya Olunmuş Marketinq Kommunikasiyaları

-      Marketinq Kommunikasiyalarına giriş, stimullaşdırma kompleksinin ünsürləri, reklam və onun növləri, OTS strategiyaları, satışın stimullaşdırılması və strategiyaları, İctimaiyyətlə Əlaqələr və taktikaları, medya planın hazırlanması, kompaniyaların reallaşdırılması yolları, BTL və ATL kompaniyalar, PR-ın funksiyaları, sponsorluq fəaliyyəti, onun məqsədləri, effektivliyin ölçülməsi və seçim kriteriyaları, KSM fəaliyyəti və əhəmiyyəti, şəxsi satış texnikası və marketinq üçün əhəmiyyəti.

6.    Brend Menecmenti (Branding)

-      Brand nədir, Hansı növləri vardır? Brand konsepsiyaları, Brand strategiyaları, bir markanın brand edilməsi yolları, Brand-in tanıtımda rolu, Branding və rebranding, rebranding nə üçün lazımdır və nə zaman edilir?, brand equity, brand keyfiyyəti, brand münasibəti, loyallıq, brand qiyməti, brand haqqında məlumatlı olmaq, brand-in tanınması, brand dəyəri, yerli və xarici brand-lar və fərqli strategiyalar.

7.   İctimaiyyətlə Əlaqələr (PR)

-      PR müəssisənin qulağı, PR-ın əhəmiyyəti, PR-ın növləri, PR-ın funksiyaları, Sponsorluq, sponsorluğun növləri, məqsədləri və effektivliyin ölçülməsi yolları, mediya ilə əlaqələrin qurulması,mediya alətləri,  KİV ilə münasibətlər, Mediya planın yazılması və növləri, artan azalan və stabil xəttə işləyən medya plan, lobbiçilik, tanıtım, modern PR terminləri.

8.    Beynəlxalq Marketinq

-      Beynəlxalq Marketinq nədir, beynəlxalq bazarların analizi, PESTEL analizi, Beynəlxalq bazarların araşdırılması, xarici bazarlara çıxış yolları, eksport, birbaşa xarici investisiya,  lisan alma, strateji alyanslar, müştərək müəssisələr, menecment kontraktları, franchising, Beynəlxalq bazarlarda marketinq kompleksi strategiyaları.

9.    Satış Texnikası və Satışın İdarəedilməsi

-      Ducker: Marketinqin əsl məqsədi satışları lüzumsuz etməkdir. Bu anlayış nə deməkdir? Satış hansı biznes funksiyasının strukturuna aiddir? Satış texnikaları hansılardır, paylama kanalları və strategiyaları, anbarlama, stoklama, fərdi satışın əhəmiyyəti, fərdi satəş qabiliyyətləri, satış ilə bazar payının ölçülməsi.

        10 Xidmətin Marketinqi

-      Xidmətin məhsuldan fərqli cəhətləri, xidmətin xüsusiyyətləri, xidmətin keyfiyyətinin ölçülməsi, xidmətin növləri, xidmətdə fayda, ayrılmazlıq və bölünməzlik, xidmətin marketinqində 4P, xidməti fəaliyyətin ölçülməsi, xidmətdə paylama kanalları, Gronroos üçbucaği, xidmətin marketinqində müştəri məmnuniyyətinin təmin edilməsi.

10.Marketinqə Əlave olunmuşmodern texnikalar

-      WOM Marketing, Affiliate Marketing, RSS Marketing, Social Marketing, Guerrilla Marketinq, Marketinq Myopia, Sensemaking, Ambush Marketing ve digerleri