• Font size:
  • Decrease
  • Reset
  • Increase

Korporativ istiqrazlar tam yerləşdirilmişdir

AzMarketing.az
“Akkord” Korporasiyasının ikinci dəfə buraxdığı 50 mln. manat məbləğində korporativ istiqrazlar tam yerləşdirilmişdir.
“Akkord” Korporasiyasının korporativ istiqrazlarının ikinci emissiyası çərçivəsində hər birinin nominal dəyəri 1.000 (bir min) manat, məcmu nominal dəyəri 50.000.000 (əlli milyon) manat, gəlirlik dərəcəsi isə 11,75% təşkil edən 50.000 (əlli min) ədəd istiqrazlar dövriyyəyə buraxılmış və istiqraz buraxılışı Azərbaycan Respublikasının Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi tərəfindən 04 noyabr 2013-cü il tarixdə qeydiyyata alınmışdır. 
Yerləşdirilməsi Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə həyata keçirilmiş istiqrazlardan 15.000 (on beş min) ədəd “AtaBank” Açıq Səhmdar Cəmiyyəti, 35.000 (otuz beş min) ədəd isə “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən əldə edilərək “Akkord” Korporasiyasının ikinci dəfə buraxdığı istiqrazlar tam olaraq müvəffəqiyyətlə yerləşdirilmişdir. Dövriyyə müddəti 3 (üç) il təşkil edən istiqrazlar üzrə Market Meyker qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC çıxış etmişdir.
Xatırladaq ki, “Akkord” Korporasiyası tərəfindən istiqrazların birinci emissiyası 2010-cu ildə həyata keçirilmişdir. Birinci emissiyada hər birinin nominal dəyəri 1.000 (bir min) manat, məcmu nominal dəyəri 50.000.000 (əlli milyon) manat, gəlirlik dərəcəsi isə 12,5% təşkil edən 50.000 (əlli min) ədəd istiqraz buraxılmışdır. Həmin istiqrazların yerləşdirilməsi də öz növbəsində uğurla həyata keçirilmiş və dövriyyə müddəti 3 (üç) il təşkil edən istiqrazların dəyəri 2013-cü ilin noyabr ayında “Akkord” Korporasiyası tərəfindən tam ödənilmişdir.
Baxış rejimini seçin :