• Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanın fond bazarı 11 dəfədən çox artıb

AzMarketing.az
2014-cü ilin yanvarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən
 ilin analoji dövrü ilə müqayisədə 11,2 dəfə artaraq 1,483 milyard manat təşkil edib. Bu barədə Trend-ə BFB-dən məlumat verilib.
Ölkənin fond bazarının belə artımı dövlət qiymətli kağızlar bazarının 917,14 faiz artması hesabına baş verib. Bununla yanaşı, korporativ qiymətli kağızlar bazarı təqribən 1703,88 faiz artıb.
Dövlət qiymətli kağızlar bazarının həcmi yanvarda təqribən 1,18 milyard manat, korporativ kağızlar bazarının dövriyyəsi isə 303,23 milyon manat olub.
Baxış rejimini seçin :