• Font size:
  • Decrease
  • Reset
  • Increase

CAMBRIDGE universitetində konfrans

AzMarketing.az
IMRA kimi tanınan və Böyük Britaniyanın London şəhərində
 yerləşən Beynəlxalq Menecment Tədqiqatı Akademiyası (International Management Research Academy) özünün ənənə halını almış növbəti konfransının vaxtını elan edib. Azmarketing Şirkəti olaraq 2012-ci ildən əməkdaşlıq etdiyimiz bu təşkilatın bu dəfəki konfransı İngiltərənin məşhur CAMBRIDGE Universitetində 23-24 İyun, 2014 tarixində keçiriləcək. Mövzusu “Qlobal İqtisadiyyatın Yeniden Qurulması”  olan konfransda Strateji menecment, maliyə, mühasibatlıq, iqtisadiyyat, marketinq, istehlakçı davranışı, insan resurslarının idarəedilməsi, sahibkarlıq, KSM, təşkilatı davranış, əməliyyatların idarəedilməsi, texnologiya və innovasiya menecmenti, biliyin idarəedilməsi, ictimaiyyətlə əlaqələr, ümumi menecment istiqamətləri üzrə məqalələr qəbul ediləcək və müzakirələr olacaqdır.
Artıq 2 ildir ki, Azmarketinq Şirkəti IMRA ilə əməkdaşlıq edir. 2012-ci ilin May ayında İngiltərənin paytaxtı London şəhərində IMRA tərəfindən keçirilən konfransda şirkət rəhbərliyi iştirak etmiş, məqalələri çap etdirilmiş və sertifikatlara layiq görülmüşdür. Hal hazırdada bu əməkdaşlıq davam etdirilir. Şirkət və şirkət rəhbərliyi IMRA-nın daimi üzvüdür və Azmarketing Konsaltinq Şirkəti IMRA-nın Azərbaycandakı təmsilçisidir.
İyun ayinda CAMBRIDGE Universitetində baş tutacaq növbəti konfransda da Şirkət rəhbərliyi iştirak edərək əməkdaşlıq çərçivəsində fəaliyyətlərini müzakirə edəcəklər.
 
Konfrans haqqında ətraflı məlumat üçün aşağıdakı linkə klik edin.
Baxış rejimini seçin :