• Font size:
  • Decrease
  • Reset
  • Increase

Facebook WhatsApp-ı aldı

AzMarketing.az
Facebook-un qurucusu və sahibi Mark Zuckerburg mobil telefon mesaj xidməti olan Whatsapp-ı niyə aldığını izah edib.
Facebook-un Whatsapp-ı almağı və bu şirkətin əməkdaşlarının bundan sonra bizimlə işləyəcəyini rəsmi şəkildə açıqlayıram.
Bizim əsas missiyamız dünyanı daha rahat şəkildə birləşdirməkdir. İnsanların daha rahat şəkildə istədiyi bir şeyi bir-birilərinə göndərməsi üçün xidmətlər quraraq həyata keçiririk. WhatsApp və onun gündəlik istifadəçiləri bunu daha rahat şəkildə davam etdirmək üçün bizə kömək edəcək.
450 milyondan çox insan tərəfindən istifadə olunan WhatsApp sadə, sürətli və etibarlı mobil telefonlar üçün mesajlaşma xidmətidir. Gündə bir milyona yaxın insan WhatsApp üçün qeydiyyatdan keçir. İnsanlar kontaktlarında olan insanlarla WhatsApp vasitəsilə hərgün əlaqə saxlayır.
WhatsApp Facebook daxilində öz fəaliyyətini azad şəkildə dəvam etdirəcək. Məhsulun istifadə qaydası dəyişməz qalacaq. Qarşıdakı illər ərzində WhatsApp-ın daha da inkişaf etməsi və dünyaya yayılması üçün ciddi işlər görəcəyik. Eyni zamanda biz təxmin edirik ki, WhatsApp bizim www.forintenet.org  saytı ilə əməkdaşlığımıza, internet xidmətinin hamı üçün əl çatan ola bilməsinə, inkişafına kömək edəcəkdir.
WhatsApp eyni zamanda yeni mesajlaşma xidmətləri ilə istifadəçilərin xidmətinə veriləcək. Facebook Messenger ilə yalnız facebook dostlarınızla əlaqə saxlaya bilirsiniz, WhatsApp ilə isə bütün kontaktlarınız vəya kiçik bir qrup ilə. Hər iki xidmət fərqli olduğu üçün bunların hər ikisnin birlikdə daha yaxşı xidmət göstərməsi üçün investisiyalar ilə onları təkmilləşdirəcəyik.
WhatsApp-ın dünyada seçimi çoxdur və buna görədə onlar bizimlə işləməyə razı oldu. Mən həqiqətən həyacanlıyam və ümid edirəm ki, Facebook və WhatsApp birlikdə daha yaxşı işləyəcək və hər bir insan bunun istifadəsindən zövq alacaq.
Mən Jar-ı çoxdan tanıyıram və əminəm ki, biz birlikdə vizyonumuzu paylaşaraq dünyanı daha rahat şəkildə bir-birinə bağlaya biləcəyik. Mən xüsusi ilə məmnunam ki, Jar Facebook-un idarə heyətinə qoşuldu və Facebook-un, həm də WhatsApp-ın gələcəyi üçün əlindən gələni edəcək.
Jar və WhatsApp komandası dünyanın yarısını birləşdirərək inanılmaz işlər görüb. Facebook onlarla birlikdə işləyərək dünaynın geri qalan hissəsinidə birləşdirmək üçün çox səbirsizlənir.
 
Baxış rejimini seçin :