Samsung Galaxy-də yeni model: S5

AzMarketing.az
Bu gün 24 Fevral tarixində Samsung şirkəti İspaniyanın Barselona şəhərində yerləşən möhtəşəm Beynəlxal Konqres Mərkəzində 5-ci nəsil Samsung galaxy smartfonu  "Samsung Galaxy S5" olan yeni modelinin rəsmi təqdimat mərasimi keçiriləcəkdir. Xatırladaq ki, bu model əvvəlki modellərdən bir çox xüsusiyyətinə görə fərqlənir. 
S4-dən fərqli olaraq S5 modelinin ekran ölçüsü 5.25 inch olacaqdır. Bundan əlavə Android 4.4 KitKat əməliyyat sistemi ilə ortaya çıxması gözlənilən S5, 8 nüvəli 64-bit dəstəkli bir prosessora və 16 megapiksel kameraya sahib olacaqdır. Telefonda barmaq izi ilə tanıma sisteminin də olması gözlənilir.