• Font size:
  • Decrease
  • Reset
  • Increase

HYUNDAI avtomobil şirkətinin sloqan aksiyası

AzMarketing.az

Bildiyimiz kimi Cənubi Koreyanın dünyaca məşhur nəhəng avtomobil şirkəti olan HYUNDAI Braziliyada keçiriləcək 2014 FIFA Dünya Kubokunun baş sponsorudur.
 Məhz bu səbəbdən FIFA “Be there with Hyundai” adlı sloqan kampaniyası keçirib. Dünya çempionatına qatılan 32 ölkənin hər biri üçün bir sloqan seçilməsi nəzərdə tutulub. Ən yaxşı sloqan müəllifi FIFA dünya kubokunu 2014-cü ilin yayında Braziliyada canlı izləyəcək. Eyni zamanda seçilmiş sloqan hər ölkənin milli futbol komandasına təhkim olunmuş HYUNDAI avtobusunun üzərində yazılacaq.
Sloqanların təqdim edilməsi üçün müəyyən olunmuş son gün artıq geridə qalıb. 27 Fevral, 2014. Seçilmiş 32 sloqan müəllifi dünya çempionatını canlı olaraq Braziliyada izləyəcək və öz milli komandasına dəstək olacaq.
 
Aprel ayında qalib sloqanlar FIFA tərəfindən açıqlanacaq. 
Baxış rejimini seçin :