• Font size:
  • Decrease
  • Reset
  • Increase

Yeni ofisdə yeni təlimlər

AzMarketing.az

AzMarketinq şirkəti “Korporativ sosial məsuliyyət” layihəsi çərçivəsində 22 mart 2014 tarixində marketinq və satış, ictimaiyyətlə əlaqələr mövzusunda 3 ödənişsiz seminarına start vermişdir. Seminarın ilk günündə müxtəlf şirkətlərin nümayəndələrinin elecə də universitet tələbələrinin iştirakı ilə keçən görüşdə şirkətimizin təlimçilərinin təqdimatları maraqla qarşılandı. Belə ki, Seymur Quliyevin “Marketinqin təməl prinsipləri”, Tural Abbaslının  “ PR nədir? PR bizə niyə lazımdır”  və  Əyyub Qarabağlının “Marketinq və satış”  mövzuları haqqında çıxışları tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır. Sonda fərqlənən iştirakçılar AzMarketinq şirkəti tərəfindən mükafatlandırılmışdır.

 

 

 

Baxış rejimini seçin :