Milli internet mükafatinda iştirak

AzMarketing.az
Netty 2014 Azərbaycanın Milli internet mükafatına start verilmişdir. "Azmarketing" MMC olaraq Elm və təhsil nominasiyası üzrə iştirak edirik.  
Xatırladaq ki, ərizələrin qəbulu 2 aprel 2014-ci ildən cari ilin 11 mayınadək davam edəcəkdir.
NETTY 2014 nominantlarının təyini üçün Ekspert şurasının və Virtual münsiflər heyətinin paralel səsverməsi 12 may tarixindən 18 may tarixinə gədər həyata keçirilir.
Mayın 19-u Ekspert şurasının və Virtual münsiflər heyətinin nominantlarının cəmləşmiş seçiminə əsəslanaraq (Şura hər nominasiyada iki nominant seçir, münsiflər heyəti hər nominasiyada bir nəfər) Netty Akademiyası öz səsverməsinə başlayır.
Akademiya mövcud nominasiyalardan hər birində mükafatın tək qalibini müəyyən edir. Göstərilən dövr çərçivəsində həmçinin yarışdan kənar hörmətli və həvəsləndirici nominasiyalar üzrə həmçinin Akademiyanın səsverməsi keçirilir. NETTY 2014 nominasiyalarının finalçıları təntənəli mərasimdə elan edilirlər. Müsabiqənin əsas mükafat qaliblərinə təntənəli surətdə NETTY heykəlciyi verilir. Mükafatlandırmanın mərasimində mükafatın bütün nominantları iştirak edirlər.