Microsoftun yeni "Surface Pro 3" tableti

AzMarketing.az
 Microsoft şirkəti New Yorkda May ayının 20-si saat 11-də özünün yeni Surface Pro 3 tabletini bazara nümayiş etdirdi. Bu yeni Surface Pro 3 tabletinin əsas fərqli cəhəti ekran dioqanalının 12 inch və 2160x1440 pikselə malik olmasıdır. Ekran 3:2 nisbətində olduğu üçün şaquli vəziyyətdə mətnərin oxunmasını asanlaşdırır.
Insnaların əksər hissəsinin həm noutbook-u, həm də tableti vardır və hər ikisni fərqli məqsədlərlə istifadə edirlər. İnsnaların həm noutbook, həm də tabletə ayrı ayrə pul ödəmələrinin qarşısını almaq üçün Microsoft bu son Surface Pro 3 məhsulunda noutbook ilə tableti birləşdirdi və ekranı dahada böyütdü.
Yeni Surface Pro 3 tableti əvvəlki verisyadan 100$ daha ucuz qiymətə yəni 799$-a Amerikada bazara təklif ediləcək. Surface Pro 3 məhsulu mayın 21-indən etibarən sifariş edilə bilər. Məhsulu fiziki olaraq İyun ayının 20-dən etibarən ABŞ və Kanada bazarından əldə etmək mümkün olacaq.
http://www.nytimes.com/2014/05/21/technology/microsofts-new-surface-goes-big.html?hpw&rref=technology&_r=0