ABŞ-ın Apple şirkəti özünün yeni iPhone 6 və iPhone 6+ smartfonlarının təqdimatını keçirdi

AzMarketing.az
Dünən ABŞ-ın Kaliforniya ştatında Apple şirkətinin yeni telefon modelləri olan iPhone 6 və iPhone 6+ bazara təqdim olundu.
3 rəngdə - gümüşü, qızılı və qara-boz variantlarda təqdim olunan smartfonlar 16, 64 və 128 giqabayt daxili yaddaşa malikdir. iPhone 6 və iPhone 6+ cihazları müvafiq olaraq 4.7 və 5.5 düym dioqanallı ekranlara sahibdir. Qalınlığı isə müvafiq olaraq 6.9 mm və 7.1 mm-dir. Hər iki smartfon A8 prosessoru ilə təchiz edilib və bu da onun 25 % daha sürətli işləməsinə və qrafikanın emalının 50% yaxşılaşdırmasına imkan yaradıb.
Sentyabr ayının 19-da ABŞ və Böyük Britaniyada satışa çıxarılacaq iPhone 6 və iPhone 6+ smartfonlarının sifarişlərinə sentyabr ayının 12-indən başlanacaqdır. 2014-cü ilin sonuna qədər digər ölkələrdə də satışda olacaqdır.
Dünənki tədbirdə Apple özünün yeni məhsulu olan iWatch saatlarının da təqdimatını keçirmişdir. 2015-ci ilin əvvəlində satışa çıxarılacaq iWatch saatlarını təqvimi izləmək, gündəlik işləri planlamaq, zəng qəbul etmək, poçt xidməti, sms xidməti, musiqi dinləmək, oyun oynamaq və digər məqsədlər üçün istifadə etmək mümkün olacaq.