• Font size:
  • Decrease
  • Reset
  • Increase

XÜSUSİ XƏBƏR

Toyota əşyalarda gülüş tapdı

Toyota Motor Europe və Saatchi & Saatchi EMEA agentliyi 5 milyonluq hibrit avtomobilinin satılması münasibətilə "Biz hibritik" adlı reklam filmini hazırladı. Təqdim olunmuş video çarxda insanlar, obyektlər müxtəlif gülüş formalarında əks olunur və bu proses çox dinamik baş verir. Toyota şirkətinin reklam çarxı üçün Böyük Britaniyada 4 gün ərzində 1000-dən çox şəkil çəkilmişdir. 
 
Toyota Motor Europe şirkətinin meneceri Stefan Radlevski video çarxda avtomobildən istifadə edən insanların keçirdiyi hisslərin video çarxda nümayiş olunduğunu bildirdi. "Əgər siz ətrafa baxsanız hətta cansız əşyaların belə sizə necə gülümsədiyini görə bilərsiniz". Məhz bu sadə yanaşma reklam kampaniyasının əsasını təşkil edir. 
Saatchi&Saatchi agentliyinin yaradıcı portnyoru Edrian Kaddinin dediyinə görə bundan əvvəl Toyota avtokonserni hibrit avtomobillərin inkişafı üçün innovasiyalı avtomobillərin sahiblərinə qapalı sosial şəbəkədə şəxsi profil yaratmışdı.

Renault "QIZIL PAYIZ" aksiyasını təqdim edir

“Renault” nun Azərbaycanda rəsmi distribütoru olan “Nurgün Motors” şirkəti “Renault” markalı avtomobil sahiblərini oktyabrın 31-dək davam edəcək “Qızıl payız” servis kampaniyasında iştirak etməyə dəvət edir. 

Baxış rejimini seçin :