• Font size:
  • Decrease
  • Reset
  • Increase

XÜSUSİ XƏBƏR

Turizm institutu tələbələri ilə görüş

AzMarketinq şirkəti “Korporativ sosial məsuliyyət” layihəsi çərçivəsində start verdiyi ödənişsiz seminarın ikinci günü 22 mart 2014-cü ildə Turizm institutunun tələbələrinə mütəxəsislərimiz tərəfindən seminar verilmişdir. Məhsuldar keçən təlimdə ən yaxşı tələbə mükafatlandırılmışdır. Turizm İnstitutunun tələbələrinin maraqlarının olmasını nəzərə alaraq bundan sonra da Turizm institutunun tələbələri ilə bu cür seminarların keçirilməsi qərarlaşdırılmışdır.
 
 
 
 
 

Yeni ofisdə yeni təlimlər

AzMarketinq şirkəti “Korporativ sosial məsuliyyət” layihəsi çərçivəsində 22 mart 2014 tarixində marketinq və satış, ictimaiyyətlə əlaqələr mövzusunda 3 ödənişsiz seminarına start vermişdir. Seminarın ilk günündə müxtəlf şirkətlərin nümayəndələrinin elecə də universitet tələbələrinin iştirakı ilə keçən görüşdə şirkətimizin təlimçilərinin təqdimatları maraqla qarşılandı. Belə ki, Seymur Quliyevin “Marketinqin təməl prinsipləri”, Tural Abbaslının  “ PR nədir? PR bizə niyə lazımdır”  və  Əyyub Qarabağlının “Marketinq və satış”  mövzuları haqqında çıxışları tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır. Sonda fərqlənən iştirakçılar AzMarketinq şirkəti tərəfindən mükafatlandırılmışdır.

 

 

 

Novruz Bayramınız mübarək!

AZMARKETİNG MMC XALQIMIZI NOVRUZ BAYRAMI MÜNASİBƏTİ İLƏ TƏBRİK EDİR, HƏR BİRİNİZƏ XOŞ VƏ FİRAVAN HƏYAT DİLƏYİR! BAYRAMINIZ MÜBARƏK!

HYUNDAI avtomobil şirkətinin sloqan aksiyası

Bildiyimiz kimi Cənubi Koreyanın dünyaca məşhur nəhəng avtomobil şirkəti olan HYUNDAI Braziliyada keçiriləcək 2014 FIFA Dünya Kubokunun baş sponsorudur.

Samsung Galaxy-də yeni model: S5

Bu gün 24 Fevral tarixində Samsung şirkəti İspaniyanın Barselona şəhərində yerləşən möhtəşəm Beynəlxal Konqres Mərkəzində 5-ci nəsil Samsung galaxy smartfonu  "Samsung Galaxy S5" olan yeni modelinin rəsmi təqdimat mərasimi keçiriləcəkdir. Xatırladaq ki, bu model əvvəlki modellərdən bir çox xüsusiyyətinə görə fərqlənir. 
S4-dən fərqli olaraq S5 modelinin ekran ölçüsü 5.25 inch olacaqdır. Bundan əlavə Android 4.4 KitKat əməliyyat sistemi ilə ortaya çıxması gözlənilən S5, 8 nüvəli 64-bit dəstəkli bir prosessora və 16 megapiksel kameraya sahib olacaqdır. Telefonda barmaq izi ilə tanıma sisteminin də olması gözlənilir.
 
 
 
 
 
 
 
Baxış rejimini seçin :